Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Vəfasız ömrün unudulmaz Vəfası

Məşhur aktrisanın vəfatından 25 il keçir

Vəfa Fətullayeva Azərbaycanın teatr səhnəsində öz sözünü demiş və teatr tarixinə adını yazdırmış unudulmaz aktrisalardan biridir. Oynadığı az sayda rollarla tamaşaçıların qəlbində dərin iz salıb əvəzolunmaz aktrisa...
O, 1945-ci 25 avqustda Bakıda dünyaya göz açan Vəfa Fətullayeva Azərbaycan teatr səhnəsinin ilk tərtibatçı rəssamı Nüsrət Fətullayev və SSRİ xalq artisti Hökümə Qurbanovanın qızıdır. Valideyinlərinin incəsənət sahəsində olmaları Vəfanı bu sahədə fəaliyyət göstərməyə həvəsləndirir. İncəsənət Universitetinin rejissorluq fakültəsinə daxil olan aktrisa çox keçmir ki, fakültəsini dəyişir – təhsilini teatrşünaslıqda davam etdirir. Elə universitet dövründə Vəfa xanım öz görünüşü ilə rejissorların diqqətini cəlb edir və teatrda oynamaq üçün onlardan təkliflər alır. Akademik Dram Teatrında Tofiq Kazımovun səhnələşdirdiyi “Məhv olmuş gündəliklər” tamaşasında Fəridə rolunu oynayır. Halbuki bu, onun ilk rolu deyildi. İlk dəfə teatr səhnəsində 8 yaşında Vilyam Şekspirin “Qış nağılı” pyesində oğlan obrazında – kral oğlu Mamilini canlandırmışdı...
T. Kazımovun xeyir-duasından sonra Vəfa Fətullayeva birdəfəlik tetara bağlanır və anası Hökumə Qurbanovanın sənətini davam etdirir. 1970-ci ildən Dövlət Dram Teatrında fəaliyyət göstərməyə başlayır. Teatr səhnəsində oynadığı bir sıra obrazlar ona şöhrət gətirir. Canlandırdığı Alagöz («Küləklər»), Gülgəz («Mahnı dağlarda qaldı»), Tənzilə («Sən yanmasan»), Göyərçin («Yollara iz düşür»), Pakizə («Mirzə Şəfi Vazeh»), Burla xatun («Torpağa sancılan qılınc»), İnanc xatun («Atabəylər»), Zeynəb («Sizi deyib gəlmişəm»), Arzu («Kimdir haqlı»), Şərəfnisə («Müsyö Jordan və Dərviş Məstəli Şah»), Bənövşə («Kəndçi qız») kimi obrazlar hələ də tamaşaçıların yaddaşından silinməyib.
Hüseyn Cavidin «İblis» dramında yaratdığı Rəna roluna görə Dövlət Mükafatına layiq görülən Vəfa Fətullayevanı bütün Azərbaycana sevdirən isə onun oynadığı tele-tamaşalar olur. Canlandırdığı “Göz həkimi”ndə İradə, “Alovda” Rəfiqə, “Atayevlər ailəsi”ndə Lətafət obrazları ilə onu artıq bütün Azərbaycan tanıyır və qəlblərdə öz taxtını qurur. Amma...
Ömür vəfa etmədi. Ömrünün ən gözəl çağında, karyerasının zirvələrə qalxdığı bir dövrdə əcəl aktrisanın qonağı oldu. Uzun sürən gizli xəstəlik Vəfanı Azərbaycan səhnəsindən – həyatdan ayırdı. 1987-ci ilin bu günü Azərbaycanın əməkdar artisti, Dövlət Mükafatı laureatı məşhur aktrisa Vəfa Fətullayeva 42 yaşında əbədiyyət dünyasına qovuşdu.
Bu gün onun ölümününün 25 ili tamam olur. İllər tez gəlib keçsə də, Vəfa Fətullayeva unudulmaycaq.
Səhnəmizdə çox Vəfalar olsa da, bir daha Vəfa Fətullayeva olmayacaq. Çünki o, Azərbaycan səhnəsinin əvəzolunmaz Vəfası idi.

Azər Nəsibov






21 May, 2012  15:52 Baxılıb: 1334 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner