Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Bəzi ölkələr və siyasətçilər hələ də bundan dərs çıxarmayıb”

Qənirə Paşayeva Siyasətdə Qadın” və“Ailəni geri qazanmaq üçün Mədəniyyətlər İttifaqı” mövzusunda çıxış edib 

II Dünya Siyasət Forumunda iştirak edən millət vəkili Qənirə Paşayeva SHOW TV, SKY TÜRK, TRT, TRT HABER kanallarının canlı yayımında, İhlas Haber agentliyində (İHA) və “Türkiyə” qəzetində Azərbaycan həqiqətlərindən danışıb.

Dünya Siyasət Forumu kimi mötəbər bir tədbirin İstanbulda keçirilməsinin əhəmiyyətinə toxunan millət vəkili “Siyasətdə Qadın” və“Ailəni geri qazanmaq üçün Mədəniyyətlər İttifaqı” mövzusundakı sessiyalarda çıxışları və Azərbaycanda qadınların cəmiyyətdə, ictimai siyasi həyatdakı rolunun artırılması, ailə institutunun qorunub saxlanması istiqamətində görülən işlər, həyata keçirilən proqramlar barədə danışıb.

Millət vəkili Qənirə Paşayeva müsahibəsində Avropada və dünyada tolerantlığın, dözümlülüyün, xoşgörünün getdikcə azalmasının hamını, xüsusilə gəncləri ciddi narahat etməli olduğunu deyib: “Bizim atalarımız 2-ci dünya müharibəsinin nələrə səbəb olduğunu çox yaxşı bilir. Biz tarixdən dərs almalıyıq. Amma təəssüf ki, dünyada bəzi ölkələr və siyasətçilər hələ də bundan dərs çıxarmayıb və irqçi, başqa millətlərə, mədəniyyətlərə qarşı dözümsüzlük siyasəti yürüdürlər. Torpaqlarının 20 faizi işğal altında olan Azərbaycan bunun nə demək olduğunu yaxşı bilir. Bu gün dünyada ən çox müzakirə olunan mövzu mədəniyyətlərarası və sivilizasiyalararası dialoqdur. Amma biz hər gün bu sahədə vəziyyətin daha da gərginləşdiyini görürük. Demək ki, danıışmaqdan daha çox bu istiqamətdə dünyada ciddi işlərin görülməsinə ehtiyac var. Dialoq dözümlülükdən deyil, fərqli mədəniyyətlərin daşıyıcılarının biri-birinə qarşılıqlı hörmətindən keçir.”

Avropada bəzi güclərin, siyaçətçilərin irqçi düşüncələr altında siyasət yürütməyə başladığını deyən millət vəkili Qənirə Paşayeva bunun Avropanın gələcəyi üçün mənfi nəticələr göstərə biləcəyini deyib. “Hansı ölkədə baş verməsindən asılı olmayaraq, bu hallara qarşı birgə sərt mübarizə aparmalıyıq. Çünki mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa öldürücü zərbə vuran bu kimi halların qarşısı vaxtında alınmazsa, gələcəkdə bpyük faciələrlə nəticələnə bilər. Mən bu cür hallardan əziyyət çəkən bir ölkənin təmsilçisi kimi hamını bu məsələlərə həssaslığı daha da artırmağa çağırıram.”
Millət vəkili məhz Ermənistanda dövlət səviyyəsində aparılan bu siyasət nəticəsində Ermənistandan 100 minlərlə azərbaycanlının öz tarixi vətənindən, ev-eşiyindən qovularaq qaçqına çevrildiyini vurğulayıb. “Bəli, məhz siyasətçilərin gənc nəsildə azərbaycanlılara qarşı yaratdıqları dözümsüzlük və nifrətin nəticəsi idi ki, Ermənistan silahlı qüvvələri Azərbaycan ərazilərini işğal edərək 20 mindən çox azərbaycanlını qətlə yetirdi, Xocalı, Qaradağlı, Bağanıs Ayrım kimi dəhşətli soyqırımlar və qətliamlar törətdi, 1 milyon azərbaycanlı 20 ildir ki, məcburi köçkün həyatı yaşayır və öz ev-eşiklərinə dönə bilmirlər."

Millət vəkili müsahibəsində eyni zamanda bu il Şuşa və Laçının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 20-ci ilinin tamam olduğunu diqqətə çatdırıb və Ermənistanın bu ərazilərdə, o cümlədən işğal etdiyi digər Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, azərbaycanlıların milli-mədəni irs abidələrinin, qəbiristanlıqlarının dağıdılması, dinc əhaliyə qarşı apardığı soyqırımlar haqqında da danışıb.

Şuşanın, Laçının 20 ildir Ermənistanın işğalı altında qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk dünyasının ortaq məsələsi olduğunu vurğulayaraq millət vəkili bunları söyləyib: “Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaşanan dəhşətlərə dünya laqeyid yanaşır. Amma biz bunun belə davam etməsinə imkan verməməliyik və verməyəcəyik. AŞ, BMT kimi beynəlxalq təşkilatların Dağlıq Qarabağın Ermənistan tərəfindən işğalı ilə əlaqədar qəbul etdikləri qərarları vardır. Lakin bu qərarların heç biri tətbiq edilmir. Buna baxmayaraq Ermənistana qarşı təzyiq göstərmirlər.”
Millət vəkili Qənirə Paşayeva Xocalı Soyqırımı, Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, Ermənistanın 20 ildən artıqdır ki 1 milyon azərbaycanlının öz yurd-yuvasına dönməsinə imkan verməməsi barədə ətraflı məlumat da verib.






21 May, 2012  15:36 Baxılıb: 817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner