Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bu gün millət vəkillərimiz düşmən ölkəyə gedir

Onlar Qaradəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament assambleyasının 39-cu plenar iclasında iştirak edəcəklər

Milli Məclisin üç deputatı Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (QDİƏT PA) 39-cu plenar iclasında iştirak etmək üçün bu gün Ermənistanın paytaxtı İrəvana yola düşür. İrəvana Azərbaycan assambleyadakı nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev, millət vəkilləri Musa Quliyev və Jalə Əliyeva gedirlər.

Məlumata görə, İrəvanda keçiriləcək iclasın gündəliyinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərdə vergi sisteminin təkmilləşdirilməsi, mütəşəkkil cinayətkarlıqla mübarizəyə dair razılaşmanın yerinə yetirilməsi, fasiləsiz təhsil sisteminin tətbiqi, uşaqların hüquqlarının müdafiəsi, üzümçülük və şərabçılığın inkişaf perspektivləri barədə məsələlər daxil edilib.

Tədbirdə Asəf Haciyevin “İnformasiya və kommunikasiya texnologiyaları - davamlı iqtisadi inkişafa yardım” mövzusunda və “QDİƏT Parlament Məclisinin seçkilərə dair qaydaları” haqqında çıxışları nəzərdə tutulub.

Toplantıda deputatlar Musa Quliyev və Jalə Əliyeva müxtəlif məsələlərlə bağlı məruzələr edəcəklər.

Assambleya çərçivəsində həmçinin qurumun Büro və Daimi Komitəsinin iclasları keçiriləcək, maliyyə və bir sıra təşkilatı məsələlərə baxılacaq. Tədbirin sonunda reqlamentə əsasən təşkilata sədrlik Azərbaycana keçəcək. Səfər mayın 24-də başa çatacaq.






21 May, 2012  14:42 Baxılıb: 752 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner