Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

4 ilə məcburi köçkünlərin hamısı evlə təmin olunacaq

Qaçqın və məcburi köçkünlərin sosial yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən 300 milyon manat vəsait ayrılıb  

 Ağdam rayonunda səfərdə olan baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məcburi köçkünlərin məskunlaşdırılması məqsədi ilə gələn il Bərdədə 14 ədəd çoxmərtəbəli binanın inşa olunacğını deyib. Simsar.az-ın məlumatına görə Komitə sədri bildirib ki, qaçqın və məcburi köçkünlərin sosial yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən 300 milyon manat vəsait ayrılıb ki, bu vəsaitin hesabına 9 rayonda məcburi köçkün ailələri üçün yeni mənzillərin tikilməsi, o cümlədən Bakı şəhərində, təhsil, səhiyyə ocaqlarında, həmçinin müxtəlif şəraitlərdə məskunlaşan köçkün ailələrinin yaşayış vəziyyətlərinin yaxşılaşdırılması nəzərdə tutulur. Ə.Həsənov jurnalistlərə bildirib ki, yaxın 4 il ərzində ölkə ərazisində evlə təmin olunmayan köçkün ailəsi qalmayacaq. 
Səfər çərçivəsində komitə sədri beynəlxalq və yerli humanitar təşkilatların dəstəyi ilə məcburi köçkün icmaları arasında həyata keçirilən aqrar layihələrin nəticələri və məcburi köçkünlər tərəfindən istehsal olunan kənd təsərrüfatı məhsullarının sərgisi ilə tanış olub.






17 May, 2012  19:34 Baxılıb: 1106 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner