Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Əflatun Amaşov qəzetlərin satışı və reklam bazarından danışdı

“Artıq qəzetlərin əllə yayımı məsələsini müəyyən səviyyəyə çıxarmaq lazımdır”

“Qəzetlərin əldə yayılması ilə bağlı müəyyən problemlər var. Biz bununla əlaqədar icra başçıları ilə söhbət etmişik. Onlar bildirirlər ki, qəzetlər çox vaxt işıqforların ətrafında satılır ki, bu da nəqliyyatın hərəkətinə mane olur. Artıq qəzetlərin əllə yayımı məsələsini müəyyən səviyyəyə çıxarmaq lazımdır”. Simsar.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib. O, qəzetlərin 30 faizinin əllə yayıldığını söyləyib.

Ə. Amaşov bir sıra köşklərdə qəzetlərlə birlikdə digər əşyaların satılmasına da münasibət bildirib: “Bəzi köşklərdə qəzetlərlə yanaşı, digər məhsulların satılması faktı var. Lakin köşklərdə yalnız iqtidar qəzetləri satılır, müxalifət qəzetləri isə satılmır kimi fikirlər yanlışdır. Biz dəfələrlə monitorinq keçirmişik. Belə bir faktla qarşılaşmamışıq. Eyni zamanda reklamların yalnız dövlət qəzetlərinə verilməsi fikri də səhvdir. Dövlət qəzetlərinə verilən qədər müxalifət qəzetlərinə də reklam verilir. Ümumiyyətlə, Azərbaycanda reklam bazarı zəifdir”.






17 May, 2012  18:35 Baxılıb: 1114 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner