Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dövlət qurumlarının onlayn şəffaflığı – monitorinq

Media Hüququ İnstitutu hesabat verib 

Bu gün Media Hüququ İnstitutu(MHİ) “Dövlət qurumlarının onlayn şəffaflıq hesabatı”nı təqdim etdi. Tədbirdə dövlət qurumlarının onlayn şəffaflıq indeksi açıqlandı.
Hesabat MHİ-nin 2007-ci ildən başlayaraq dövlət qurumlarının informasiya sahibi sayılan digər qurumların internet saytlarının monitorinqinin nəticələrinə əsaslanır. 2012-ci ilin birinci yarısını əhatə edən hesabatın nəticələri 69 dövlət qurumunun internet resursunun monitorinqinə əsaslanır.
Beynəlxalq Mətbuat Mərkəzində reallaşdırılan tədbirdə dövlət və hökumət qurumlarının əməkdaşları, QHT və media nümayəndələri iştirak edirdi.
MHİ-nin direktoru Rəşid Hacılı monitorinq və hesabat haqqında qısa məlumat verərək, monitorinqi hansı metodlar əsasında apardıqlarını açıqladı: “Başqa ölkələrlə müqayisədə Azərbaycanda dövlət qurumlarının internetə qoyduqları informasiya çəkisinin aşağı olduğunu görürük. Prezidentin sonuncu xəbərdarlığından sonra da bir çox dövlət qurumlarının onlayn xidmətləri xeyli yaxşılaşdırılıb. Bu müsbət haldır.”
17 mayın Ümumdünya informasiya azadlığı günü olduğunu xatırladan Ə.Məmmədli bu sahədə ölkəmizdə müəyyən irəliləyişin olduğunu açıqladı: “İnformasiya əldə etməklə bağlı qanun olsa da bəzi məsələlər ləng gedir. Məsələn, 7 il informasiya ombudsmanı yaradılmadı. Halbuki, qanun imzalandığı gündən qüvvədə olmalı idi. Nəhayət ötən il bu səlahiyyət xanım Elmira Süleymanovaya verildi. Amma ayrıca İnformasiya Müvəkkili yaradılsa dövlət qurumlarının məhkəmə proseslərində iş yükü azalar”.
MHİ-nin kordinatoru Xalid Ağaliyev ölkədə informasiya azadlığının durumundan danışdı. Onun sözlərinə görə monitorinqin əsas şərti odur ki, dövlət qurumlarının saytları informasiya saytı olmalıdır: “Ötən il Müdafiə Nazirliyinin saytı yaradılıb. Amma bu saytda informasiya şəffaflığından danışmağa dəyməz. İnformasiya şəffaflığı ilə bağlı qanunlara tam əməl edilsəydi indi 500-ə yaxın sayt olmalı idi. Amma onların sayı 150-yə çatır.”
Hesabatda əks edilən dövlət qurumlarının saytlarında informasiya 100 faiz yerləşdirilməsə də orta səviyyəli informasiya təminatı ilə təchiz edilmiş saytlar var. Bu sırada ilk yerləri Vergilər Nazirliyi və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin saytı var. Hesabatda bu tipli saytlarda lazım olan informasiyanın 30 – 70 %-i yerləşdirildiyi əks etdirilib.

Sonda monitorinqlərin nəticələri açıqlanıb. İlk beşlikdə olanlar (Vergilər Nazirliyi, Baş Prokurorluq, Rabitə və İnformasiya Texnologiyaları nazirliyi, Dövlət Sosial müdafiə Fondu, Mərkəzi Bank) diplomla təltif olunub.

Ən zəif nəticə göstərən qurumlar - Əsr və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası, Bakı Metropoliteni İdarəsidir. Sanaye və Energetika Nazirliyinin və Baş Dövlət Tikinti Müfəttişliyinin saytları isə ümumiyyətlə işləmir.

Arifə Mikayılova






17 May, 2012  16:12 Baxılıb: 992 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner