Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Paşa Qəlbinur: «Gərgin təhsil sistemi uşaqların gözlərinə mənfi təsir edir»

“Süni qidalardan istifadə, geni dəyişdirilmiş məhsulların qəbulu insanların gözlərinin zəifləməsinə gətirib çıxarır”

Son vaxtlar göz xəstəliklərinin artması müşahidə olunur. Əgər əvvəllər zəif görmə halları daha çox yaşlı adamlarda müşahidə olunurdusa, indi bu xəstəliyin xeyli gəncləşdiyini demək olar. Hətta tez-tez kiçik yaşlı uşaqları da eynəklə görürük.
Son vaxtlar xüsusilə gözlərdə quruluq, konyuktivit, astiqmat, miapia. klaukoma və s. kimi xəstəliklər artıb.


Müasir dövrümüzdə kompyuterdən istifadə gözlərdə quruluğa gətirib çıxarır ki, bu da yanğı hissinin yaranmasına, günün sonunda gözlərin zəif görməsinə, yorğunluğuna, qızartıya səbəb olur. Linzalardan istifadə də göz quruluğuna səbəb olur. Bu halın qarşısının alınması üçüq süni göz yaşlarından istifadə olunur. Hətta bu cərrahi müdaxiləyə də gətirib çıxara bilər.

Yaz aylarında göz allergiyalarına - konyuktivə də çox rast gəlinir. Allergiyalar zamanı gözdə qızartı, qaşınma, yaşarma, şişmə olur. Bu xəstəliyin virus və bakterial növü də var.

Dövrümüzdə qadınların hamiləlik müddətinin stress faktoru ilə müşahidə olunmasının da göz xəstəliklərinin artmasında müəyyən rolu var. Eləcə də, əgər gələcək ana virus xəstəliklərindən birini keçiribsə, bu halda onun dünyaya gətirdiyi uşaqda göz xəstəliyi ola bilər. Valideyinlərindən birində göz xəstəliyi olduğu halda da uşağın görmə qabiliyyətini diqqətdə saxlamaq lazım gəlir.

Professor-avtomoloq Paşa Qəlbinur Simsar.az-a açıqlamasında bildirib ki, göz xəstəliklərinin artmasının bir neçə səbəbi var: «Burada ekologiyanın, havanın, suyun, qidanın da rolu var. Süni qidalardan istifadə, geni dəyişdirilmiş məhsulların qəbulu insanların gözlərinin zəifləməsinə gətirib çıxarır. Eləcə də elmi-texniki tərəqinin də burada müəyyən rolu var. Məsələn, yüksəkmərəbəli binaların tikilməsi insanların gözlərinin qarşısını tutur və uzaqgörməni məhdudlaşdırır».

P.Qəlbinurun bildirdiyinə görə, müasir təhsil sisteminin gərgin olması, kiçik yaşlı uşaqların həm məktəb fənnləri, həm əlavə məşğələlərlə yüklənməsi də onların gözlərinə mənfi təsir edir.

Ekologiyanın korlanmasının gözlərə də təsiri olduğunu deyən professor hətta Çernobıl qəzasının təsirlərinin ötüşmədiyini deyir. Onun sözlərinə görə, sağlamlığının qayğısına qalan şəxslər çalışmalıdırlar ki, mümkün olduğu qədər kompüterdən az istifadə etsinlər. Xüsusilə, oyunlar, əyləncəyə məqsədilə kompyuterin arxasında saatlarla vaxt keçirmək yolverilməzdir. Həkim mobil telefonların da gözə mənfi təsirinin olduğunu deyərək, qeyd etdi ki, gözün bir neçə saat telefonun ekranına «dikilməsi» gözü zəiflədən amillərdəndir.

P.Qəlbinur qeyd etdi ki, gözlərin zəifləməsinin qarşısının alınması üçün sadalanan amilləri nəzərə almaq lazımdır.

Xatirə







15 May, 2012  19:18 Baxılıb: 2489 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner