Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Çimərliklərdə monitorinq

Bakı və Abşeron yarmadasında yerləşən bütün çimərliklərdən dəniz suyunun nümunələri götürülüb

Bu barədə Simsar.az-a Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Sanitar şöbəsinin müdiri Ziyəddin Kazımov bildirib. 

Onun sözlərinə görə, Bakı və Abşeron yarımadasında yerləşən bütün çimərliklərdən dəniz suyunun nümunələri götürülüb. Həmin nümunələrin laborator müayinələrinin aparıldığını deyən Z. Kazımov bildirib ki, nümunələr kimyəvi, bakterioloji, radioloji və toksikoloji analizlərdən keçirilir. Şöbə müdiri nəticələrin yaxın günlərdə açıqlanacağını bildirib.

Qeyd edək ki, ötən ilki müayinələrin nəticələrinə əsasən, Mərdəkan, Şüvəlan, Novxanı, Buzovna, Zaqulba, Pirşağı, Bilgəh, Nardaran, Türkan, Hövsan çimərliklərində dəniz suyunun keyfiyyət göstəriciləri norma daxilində olub.

Qaradağ və Səbail rayonu ərazisində yerləşən “Sahil” və “Şıx” çimərliklərində isə bakterioloji çirklənmə müşahidə olunub. Əhalinin sağlamlığı üçün ciddi təhlükə törətdiyi, əhali arasında yoluxucu xəstəliklərin baş verməsi və yayılması təhlükəsi nəzərə alınaraq, həmin çimərliklərdən istifadə qadağan edilib.






15 May, 2012  18:32 Baxılıb: 925 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner