Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Doktoranturaya qəbul planı Nazirlər Kabinetinə təqdim edilib

Qəbul planı yaxın günlərdə təsdiq ediləcək

Bu barədə Simsar.az-a AMEA-nın I vitse-prezidenti Arif Həşimov bildirib. Onun sözlərinə görə, qəbul planı elmi ixtisasların yeni nomenklaturasına uyğun hazırlanıb. Qəbul planı yaxın günlərdə təsdiq ediləcək. 

A. Həşimov bildirib ki, hələlik Təhsil Nazirliyi doktoranturaya qəbul planını Nazirlər Kabinetinə təqdim etməyib. Bu plan da təqdim ediləndən sonra AMEA ilə Təhsil Nazirliyinin birgə rəyi əsasında doktoranturaya ümumi qəbul planı təsdiq olunacaq.

AMEA-nın doktorantura və kadrlar şöbəsinin müdiri Sara Əfəndiyeva isə APA-ya bildirib ki, bu il Azərbaycanda doktoranturaya qəbul planının artacağı gözlənilir. Belə ki, AMEA fəlsəfə doktoru proqramı üzrə 300, elmlər doktoru proqramı üzrə isə 60-70 plan yeri təklif edib. Ötən il isə fəlsəfə doktoru proqramı üzrə doktoranturaya 275, elmlər doktoru proqramı üzrə isə 56 nəfər qəbul olunub.






15 May, 2012  17:18 Baxılıb: 901 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner