Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Ziyalılar Forumu korrupsiyanı müzakirəyə çıxardı

"Hətta sovet dövründə DTK bu metoddan istifadə etməyib"

Bu gün saat 15-də Ziyalılar Forumunun təşkil etdiyi dəyirmi masa öz işinə başlayıb. Mövzu son vaxtlar beynəlxalq mediada Azərbaycan hakimiyyətinin korrupsiya əməlləri barədə gedən yazılara.


Toplantını giriş sözü ilə Forumun Koordinasiya Şurasının üzvü Cəmil Həsənli açıb. Giriş sözündə hakimiyyəti kəskin tənqid edən prefessor bu iqtidarın bütün sahələrdəki fəaliyyətini yarıtmaz adlandırıb. Son zamanlar baş verən prosesləri geniş təhlil edən C.Həsənli deyib ki, Azərbaycan iqtidarının adı harada korrupsiya, neqativ proses varsa, oradan çıxır. Bəzən heç gözlənməyən yerdən, ünvandan da bu iqtidarın əməlləri çıxır və heyrətlənməyə bilmirsən: "Ölkəni axşam bazarına döndəriblər, kim nəyi istəyir, qamarlayır".

C.Həsənli deyib ki, iqtidar haqqında gedən yazılar, materiallar elə KİV-lərdə yayımlanır ki, daha onların hansı ölkədə dərc olunmasının əhəmiyyəti qalmır.
Bu qəzetlər, telekanallar dünya çapında olan KİV-lərdir. Professor son vaxtlar hakimiyyətin siyasi rəqiblərinə, onu təqdir etməyənlərə narkotika vasitəsi ilə
müdaxiləsini də kəskin pisləyib: "Hətta sovet dövründə DTK bu metoddan istifadə etməyib, siyasilərin cibinə narkotik maddə atmayıb".

Daha sonra söz professor Rafiq Əliyevə verilib. O, Dağlıq Qarabağ probleminin həlli yolları barədə öz fikirlərini bölüşüb: "Qarabağ problemini monopoliyadan çıxarmaq lazımdır. Hakimiyyət bu problemin həlli üçün modellər qurmalı, institular yaratmalıdır. Qarabağ problemi, onun həlli yolunun cazibədarlığından asılıdır".

"Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyev bu mövzuda hazırladığı məruzə ilə dəyirmi masa iştirakçılarını tanış edib.
M.Əliyev məruzəsində hakimiyyətin əməlləri barədə konkret faktlar və bu barədə son vaxtlar gedən yazıların intensivləşməsi səbəblərini təhlil edərək deyib: "Azərbaycan iqtidarı iddia edir ki, bu məqalələr ayrı-ayrı KİV-lərin işi deyil, bunların arxasında dövlətlər durur. Əlbəttə ki, dünyanın demokratik ölkələri son vaxtlar yaranmış vəziyyətdən istifadə etməyə çalışırlar. Lakin Azərbaycan iqtidarının da bir imic krizisi var. Onların imic limiti bitib".

Mehman Əliyevin fikrincə, "Eurovision"dan sonra da Azərbaycan bu cür diqqət mərkəzində olacaq, Avropa Birliyi burada dayanamayacaq: "Azərbaycanın artıq "sürətlə inkişaf edən, enerji təhlikəsizliyini qoruyan dövlət" imici yoxdur və o, zərbə altındadır".

Ramiz Rövşən söz alaraq deyib ki, bizim- Azərbaycanın obrazındakı zahiri gözəlliyin altında bir çöküntü, söküntü var: "Söhbət insanın içinin çökməsindən gedir..."

Şair deyib ki, bu vəziyyəti dəyişməyə çalışmaq lazımdır.

Hazırda Dəyirmi Masa başqa çıxışlarla davam edir. Toplantıda millət vəkillləri, tanınmış siyasi-ictimai xadimlər, media kapitanları iştirak edirlər.






14 May, 2012  20:17 Baxılıb: 938 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner