Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda daha bir park açıldı

İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak edib

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində yeni salınmış parkın açılışında iştirak edib. Dövlət başçısı ərazinin əvvəlki və hazırkı görkəmini əks etdirən fotolara baxıb.

Parkın ərazisi əvvəllər ekoloji cəhətdən yararsız vəziyyətdə olub. Burada qrunt sularının səthə çıxması nəticəsində bataqlıq əmələ gəlmişdi. 2006-cı ildə prezident İlham Əliyev həmin əraziyə gələrək gölün qurudulması barədə tapşırıq vermişdi. 

Göl qurudulduqdan sonra dövlət başçısının tapşırıqlarına əsasən, bu ərazidə park salınıb. İndi bu ərazi nəinki Suraxanı rayonunun, eləcə də paytaxtımızın ən gözəl parklarından biridir. Bülbülə qəsəbəsi ərazisində salınmış bu istirahət guşəsində sakinlərin və qonaqların istirahəti üçün bütün lazımi şərait yaradılıb.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov Azərbaycan prezidentinə məlumat verib ki, parkın salınmasına 2011-ci ilin sonunda başlanılıb. Bu, Suraxanı rayonu ərazisində sayca beşinci parkdır. Bülbülə qəsəbəsinin sakinləri bu parkda mənalı istirahət edə biləcəklər. Parkın ümumi sahəsi 17 min 538 kvadratmetrdir. Burada geniş abadlıq-quruculuq işləri yüksək zövqlə həyata keçirilmiş, yaşıllıq sahələri salınıb. Yerli şəraitə uyğun 500-dən artıq müxtəlif ağac və gül kolları əkilib. Parkda uşaqlar üçün 568 kvadratmetrlik əyləncə meydançası yaradılmış, müxtəlif attraksionlar quraşdırılıb. Parkın işıqlandırma sistemi də müasirliyi ilə diqqəti cəlb edir.

Prezident İlham Əliyevin imzaladığı “Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrası nəticəsində bu gün paytaxtımızın görkəmi dəyişir və bütün işlər yüksək keyfiyyətlə aparılır. Heydər Əliyev prospektinin Suraxanı rayonu ərazisindən keçən hissəsində salınmış yeni park Bakının simasını daha da gözəlləşdirməklə bərabər əhalinin istirahəti üçün sevimli məkanlardan biri olacaq. 






12 May, 2012  02:30 Baxılıb: 1208 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner