Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

May «İnsan Alverinə Qarşı Mübarizə Аyı»dır

Mehriban Zeynalova: «17 nəfər qurbanı işlə təmin etmişik»

May ayı «İnsan Alverinə Qarşı Mübarizə ayı» elan edilib. Bu barədə Azərbaycan Miqrasiya Mərkəzinin rəhbəri Əlövsət Əliyev təklif irəli sürüb. Təşəbbüsə beynəlxalq təşkilatlar da qoşulub. Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə İdarəsi ATƏT, BMT, ABA ROLİ kimi təşkillatların dəstəyi ilə ay ərzində bir sıra tədbirlər həyata keçirəcəklər.

Statistikaya görə, hər il dünyada insan alverindən 32 milyard dollar gəlir əldə edilir. 12, 4 milyon nəfər insan bu alverin qurbanıdır.

Azərbaycanda hüquq mühafizə orqanlarının statistikasında isə 2005-ci ildən 2012-ci ilə qədər insan alverinin sayının artdığı əks olunub. İnsan Alverinə Qarşı Mübarizə İdarəsindən isə bildiriblər ki, göstəricinin yüksəlməsi heç də faktların artması demək deyil. Sadəcə, əvvəllər bu faktların böyük bir hissəsi qeydiyyata alınmırdı.

«Təmiz Dünya» İctimai Birliyinin sədri Mehriban Zeynalovanın sözlərinə görə, son vaxtlar ərzində təşkilata 25-dən çox müraciət olunub. Həmin şəxslərin məhkəmə prosesləri, reablitasiya məsələləri ilə məşğul olunub, onlara tibbi yardım göstərilib. 17 nəfər işlə təmin edilib. Müraciət edənlərin arasında insan alveri qurbanları ilə yanaşı potensial qurban sayıla biləcək şəxslər də olub ki, maarifləndirmə işləri sayəsində onlar qurbana çevrilməkdən xilas olublar.

M. Zeynalova dedi ki, vətəndaşların qurbana çevrilməsinin səbəbi adətən sosial vəziyyətlərinin aşağı səviyyədə olması, daha cəlbedici iş təklifləri alması olur. Alverçilər əvvəl insanların etibarını qazanır, sonra isə onları aldadaraq, qurbana çevirirlər.
Onun sözlərinə görə, ölkə başçısı 2004-cü ilin mayın 6-da insan alverinə qarşı mübarizənin gücləndirilməsi ilə bağlı sərəncam verib. Artıq üç ildir ki, ictimai təşkilatlar həmin günü insan alverinə qarşı mübarizə günü kimi qeyd edirlər. May ayı ərzində bir sıra layihələr həyata keçirilir ki, bunların əsasını da əhalinin məlumatlandırılması təşkil edir.

Mehriban xanım 2006-cı ildə bu məsələ ilə bağlı qanunvericiliyin təkmiləşdirildiyini, xidmət paketlərinin yaradıldığını dedi. Onun sözlərinə görə, bu insan alverinə qarşı mübarizəni daha effektiv edib. Bu istiqamətdə reydlər, monitorinqlər aparılır.

Son vaxtlar əməyin istismarı məsələsinin gündəmdə olduğunu deyən M.Zeynalova qeyd etdi ki, ölkəmizdə işləyən miqrantların istismarının qarşısını almağa çalışırlar.

Xatirə






11 May, 2012  18:54 Baxılıb: 1020 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner