Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Hacıbala Abutalıbov Bakıya 16 ton gül gətirildiyini söyləyib

Güllərin sayı isə milyonlarladır

Azərbaycan paytaxtında keçirilən “Gül bayramı” tədbirlərində istifadə olunan güllərin sayı milyonları keçib.

Simsar.az-ın xəbərinə görə, bunu Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) başçısı Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, bayramla bağlı Bakıya Hollandiya, İtaliya, Fransa və Almaniyadan 16 ton müxtəlif növ gül gətirilib. 
H. Abutalıbov deyib ki, Heydər Əliyevin güllərdən hazırlanmış portretinə xüsusi diqqətlə yanaşılıb: “Portret gözəl canlandırılıb”.

BŞİH başçısı Heydər Əliyev Sarayının qarşısındakı parkda yerli dizaynerlərlə yanaşı, Almaniya, Hollandiya və Fransa dizaynerlərinin birgə çalışdıqlarını vurğulayıb. H.Abutalıbov, parkın mayın 15-dək Bakı sakinlərinin və qonaqların istifadəsində olacağını bildirib.

Bakıda keçiriləcək “Eurovision-2012” müsabiqəsi barədə danışan BŞİH başçısı deyib ki, yarışma keçirilən günlərdə Bakıda bir-birindən fərqli və maraqlı tədbirlər baş tutacaq: “Bu tədbirlər Bakıya gələn qonaqlar üçün sürpriz olacaq”.






10 May, 2012  16:24 Baxılıb: 900 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner