Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kəmaləddin Heydərov: "Zaqatalada zəlzələ nəticəsində 3000-ə yaxın ev uçub"

"Hazırda ziyan çəkən evlərin sayı dəqiqləşdirilir"

“Mayın 7-də Zaqatalada baş verən ilk zəlzələnin gücü episentrdə 7 bal olmuşdu.

 Lakin ilk zəlzələ zamanı binalar tam dağılmamışdı. Həmin gün axşam baş verən 5,7 bal gücündə təkanlar isə tikililərin bir hissəsini dağıtdı. Komissiyanın dünən axşama olan məlumatına görə, zəlzələ nəticəsində 3000 minə yaxın ev, həmçinin 123 sosial obyekt uçub və ya zədələnib. Bunlar son məlumatlardır. Lakin dəqiqləşmələr davam edir. Təxmini yekun siyahı yaxın üç-dörd gün ərzində hazır olacaq”. Simsar.az-ın məlumatına görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov deyib. 

Nazir zəlzələ nəticəsində insan itkisinin olmadığını bildirib.

Azərbaycan prezidentinin ötən gün Zaqatala və Qax rayonlarında olduğunu deyən K. Heydərov dövlət başçısının vəziyyətlə şəxsən tanış olduğunu, müşavirə keçirərək, müvafiq tapşırıqlar verdiyini diqqətə çatdırıb.

Nazir evləri uçmuş sakinlərinin hamısına çadırlar paylandığını bildirib: “Qadınlara, uşaqlara ilkin yardımlar edilib, uşaq yeməkləri paylanıb. Dövlət başçısının tapşırığı ilə Nazirlər Kabineti zəlzələnin fəsadlarının aradan qaldırılması üçün ilkin olaraq 20 milyon manat vəsait ayırıb. Bu bizə imkan verir ki, təhlil işlər aparaq və ilkin yardımları göstərək. Yəqin ki, evlərin və sosial obyektlərin tikintisi üçün əlavə vəsait də ayrılacaq”.

Əhalinin iki gün narahatlıq içində olduğunu qeyd edən K. Heydərov artıq hər kəsin baş verənlərə soyuqqanlı yanaşdığını söyləyib: “Bu gün əhali artıq nə baş verdiyini, bunun təbii fəlakət olduğunu başa düşür. Biz maksimum çalışırıq ki, müvəqqəti məskunlaşma yerlərində, çadırlarda yerləşdirilən şəxslərin rahatlığı təmin edilsin. Həm Səhiyyə, həm də Fövqəladə Hallar nazirliklərinin nümayəndələri tərəfindən sakinlərə tibbi və digər xidmətlər göstərilir. Hazırda əsas qərargahımız Zaqatalada yerləşir. Digər kəndlərdə də qərargahlarımız var”.

Zəlzələnin fəsadlarının aradan qaldırılmasına ümumilikdə nə qədər vəsait ayrılacağı barədə sualına cavabında nazir deyib ki, araşdırmalar tam başa çatmadığına görə bu barədə dəqiq rəqəm söyləmək mümkün deyil: “Hazırda ziyan çəkən evlərin sayı dəqiqləşdirilir. Bu gün səhərə yaxın orada yenə 4 bal gücündə təkan olub. Bu adi vəziyyətdə elə də ciddi rəqəm olmasa da, zədələnmiş tikililər üçün təhlükəlidir”.






10 May, 2012  16:07 Baxılıb: 1328 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner