Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

DSMF-in gəlirləri 30 faiz artıb

Dövlət Sosial Müdafiə Fondu qeyri-büdcə sektoru üzrə proqnozu 105,5 faiz icra edib

Bu ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirləri 799,2 milyon manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünə nisbətən 185,6 milyon manat və ya 30,2 faiz çoxdur. DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Simsar.az-a verilən məlumata görə, hesabat dövründə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 2011-ci ilin müvafiq dövrünə nisbətən 12,5 faiz və ya 45,2 milyon manat artaraq 407,2 milyon manat təşkil edib. 

Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların 60,0 faizi və ya 224,4 milyon manatı qeyri-büdcə sektorunun payına düşür. Həmin sektorun ödədiyi məcburi dövlət sosial sığorta haqlarının məbləği əvvəlki ilə nisbətən 13,7 faiz və ya 29,4 milyon manat artıb, proqnoz isə 105,5 faiz icra olunub. Bu dövrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sosial sığortaya cəlb edilməsi gücləndirilib. Nəticədə, fiziki şəxslər üzrə daxilolmalar 13,6 faiz artıb.

2012-ci ilin yanvar-aprel aylarında büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 162,8 milyon manat təşkil edib. Həmin təşkilatların ödədiyi məcburi dövlət sosial sığorta haqları əvvəlki ilin müvafiq dövrünə nisbətən 10,7 faiz və ya 15,8 milyon manat artıb, proqnoz 92,8 faiz icra olunub.

Daxilolmaların səviyyəsi pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə imkan verib. 2012-ci ilin yanvar-aprel aylarında Dövlət Sosial Müdafiə Fondunun xərcləri 781,3 milyon manat olub. Hesabat dövründə pensiya və müavinətlərin maliyyələşdirilməsi üçün Fond tərəfindən 769,0 milyon manat vəsait yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 179,8 milyon manat və ya 30,5 faiz çoxdur. Pensiya xərcləri 2011-ci ilin müvafiq dövrünə nisbətən 31,4 faiz və ya 179,7 milyon manat artaraq 751,8 milyon manat təşkil edib.

Azərbaycan prezidentinin müvafiq sərəncamına əsasən 2012-ci ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 7,9 faizlik artım tətbiq olunub. Dövlət Sosial Müdafiə Fondunun digər xərcləri 12,3 milyon manat təşkil edib ki, bu da 2011-ci ilin müvafiq dövrünün göstəricisindən 0,15 milyon manat və ya 1,2 faiz çoxdur.

Ümumilikdə, Dövlət Sosial Müdafiə Fondu üzrə məcburi dövlət sosial sığorta haqlarının daxil olması proqnozu 100,02%, o cümlədən qeyri-büdcə təşkilatları üzrə 105,5%, büdcə təşkilatları üzrə isə 92,75% icra olunub.






8 May, 2012  00:25 Baxılıb: 1165 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner