Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Salyanda «Darülmöminin» kitabının təqdimatı olub

Kitabda Kuştaspi şəhərinin, Dalan-Nohur, Mahmudabad, Salyan və Neftçalanın tarixi araşdırılır

Salyanda tanınmış yazıçı-publisist, filologiya elmləri üzrə fəlsəfə doktoru Azər Turanın “Darülmöminin” kitabının təqdimatı keçirilib.
Simsar.az-a daxil olan məlumata görə, kitabın təqdimat mərasimində iştirak etmək üçün Salyana gedən millət vəkilləri, Azərbaycanın və Türkiyənin tanınmış elm-sənət xadimləri, habelə Salyan və Neftçala ictimaiyyətinin nümayəndələri əvvəlcə ümummili lider Heydər Əliyevin abidəsini ziyarət edib və abidənin önünə gül-çiçək dəstələri qoyublar.

Daha sonra Əli bəy Hüseynzadənin heykəli ziyarət olunub.
Təqdimat mərasimini giriş sözü ilə Salyan rayon İcra Hakimiyyətinin başçısı Tahir Kərimov açıb.

“Darülmöminin” kitabının rəyçisi millət vəkili Qənirə Paşayeva Azərbaycanın qədim elm və mədəniyyət mərkəzlərindən biri olan Salyanın, ümumiyyətlə Muğanın tarixinin öyrənilməsi baxımından bu əsərin ciddi bir qaynaq olduğunu söyləyib.
Təqdimat mərasimində çıxış edən millət vəkili Əliağa Hüseynov ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti cənab İlham Əliyevin Salyana xüsusi diqqətindən danışıb.
Təqdimat mərasimində iştirak edən xalq şairi Zəlimxan Yaqub çıxışı zamanı bildirib: “Salyanı Salur eli olaraq təsbit edən “Darülmöminin” hər bir azərbaycanlının stolüstü kitabı olmağa layiq bir kitabdır”. Tibb elmləri doktoru, professor Rahim Hüseynov qeyd edib ki, tarixini yaşadanı indiki nəsil də, gələcək nəsil yaşadacaq.
Türkiyədən gələn qonaqlar Ege Universitetinin professoru Yavuz Akpınar, tanınmış şair və professor Nurullah Gənc ümumtürk tarixinin öyrənilməsi baxımından bu cür kitabların yazılmasının, təbliğinin vacibliyindən danışıblar.

Çıxış edən digər natiqlər – şair Məmməd Aslan, filologiya elmləri doktoru, professor, Dövlət mükafatı laureatı Nizaməddin Şəmsizadə, pedaqoji elmlər doktoru, professor Əjdər Ağayev, “Azərbaycan” junalının baş redaktoru İntiqam Qasımzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Neftçalada yaşayan görkəmli alim və müəllim, Prezidentin fərdi təqaüdçüsü İmamverdi Əbilov və başqaları “Darülmöminin” kitabını Muğanın ensiklopediyası, tarixi şüura və milli yaddaşa qayıdışın kitabı kimi dəyərləndiriblər.

Kitabın müəllifi Azər Turan çıxışında “Darülmöminin” kitabı üzərində çalışarkən istinad etdiyi qaynaqlar barədə danışdı, kitabın nəşrinə dəstək vermiş Nizami Hüseynova və təqdimat mərasimini bu cür yüksək səviyyədə keçirənlərə öz təşəkkürünü bildirib.
Qeyd edək ki, “Darülmöminin” kitabında qədim türk yurdu olan Darülmöminin mahalının, orta əslərin böyük mədəniyyət mərkəzlərindən biri olan Kuştaspi şəhərinin, Dalan-Nohur, Mahmudabad, Salyan və Neftçalanın tarixi araşdırılır.









7 May, 2012  17:40 Baxılıb: 1694 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner