Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

"Eurovision"la bağlı radio-televiziya sistemi bu gün təhvil verilir

Əli Abbasov: "Əsas vəzifəmiz sistemin dayanıqlığı və onun etibarlılığını təmin etmək üçün tədbirlər görməkdir"

Azərbaycanda keçiriləcək "Eurovision" mahnı müsabiqəsi ilə bağlı tətbiq olunacaq ən mürəkkəb sistem sayılan radio-televiziya sistemi artıq bu gün təhvil verilir. Simsar.az-ın məlumatına görə, bunu bazar ertəsi jurnalistlərə rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bildirib.

Onun sözlərinə görə, bundan sonrakı günlər isə müəyyən və ya qeyri-müəyyən, gözlənilməyən problemlərin qarşısının alınması üçün testlərə başlanacaq.

"İnternet tamamilə hazırdır və istifadəyə veriləcək. Həmçinin mobil operatorlar üzərlərinə düşən işləri artıq tamamlayıblar, "Eurovision"ın rəsmi saytı öz qaydasında işləyir. Bundan sonra bizim əsas vəzifəmiz sistemin dayanıqlığı və onun etibarlılığını təmin etmək, həmçinin baş verə biləcək müəyyən kiberhücum problemlərinin qarşısını almaq üçün tədbirlər görməkdir", - Abbasov deyib.

Nazir hesab edir ki, bu istiqamətdə planlaşdırılmış proqram üzrə işlər həyata keçiriləcək və telekommunikasiya, radio-televiziya verilişlərində, internetdə problemlər olmayacaq.






7 May, 2012  17:16 Baxılıb: 990 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner