Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda evlərin kirayə qiymətləri qalxıb

Otellərdəki nömrələr tutulduğundan xaricilər fərdi kirayə evlərdə qalmalı olurlar 

Bu ayın sonlarında Bakıda keçiriləcək “Eurovision” musiqi yarışması ilə bağlı olaraq paytaxtda məzillərin kirayə qiymətləri qalxıb. Simsar.az-ın məlumatlarına görə, ev alqı-satqısı ilə məşğul olan ofislərdə kirayə qiymətlərin bahalaşdığını etiraf ediblər. Maklerlər bahalaşmanın məhz “Eurovision”la bağlı olduğunu deyiblər.
Yarışma ilə əlaqədar olaraq otellərdəki bütün nömrələr aidiyyəti qurumlar tərəfindən yarışma keçiriləcək günlər üçün sifariş olunduğundan hazırda müştəri sifarişləri dayandırılıb. Hazırda Bakıya gələn xarici qonaqlar fərdi mənzilləri kirayələməli olurlar.

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov məsələ ilə bağlı jurnalistlərə açıqlamasında bildirib ki, son iki həftə ərzində Bakıda orta və bahalı mənzillərdə kirayə evlərin qiyməti artıb. Bu, şəhərin mərkəzindəki birinci, qismən də ikinci zonaya aiddir. Nüsrət İbrahimov deyir ki, yerli əhaliyə hesablanmış kirayə evlərin qiymətində isə artım yoxdur: «Son iki həftədə müraciət edən xarici vətəndaşların sayı çoxalıb. Son bir həftədə 800 manata verilən kirayə evlərin qiyməti artıb 1000 manat olub. Gündəlik 30-35 manata verilən kirayə ev isə 45-50 manat olub. Ev sahibləri «Eurovision» fonunda potensial müştəriləri gözləyirlər. Ona görə də qiyməti qaldırıblar».

RAMİL






4 May, 2012  20:43 Baxılıb: 1337 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner