Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Almanlar Bakıya doğru avtomobil yürüşünə çıxıblar

666 nəfər xorla “olmaz-olmaz” oxuyacaq 

Almaniyanın cənubundakı Oberstaufen şəhərindən Azərbaycan paytaxtı Bakıya doğru dünyanın ən böyük avtomobil yürüşünə start verilib. Yürüşə “Allgeau-Orient” adlı ralliyə 20 ölkədən 111 komanda, 355 avtomobil və 666 iştirakçı şəxs qatılıb. Onlar 9000 km uzunluğunda yol qət edəcək. Turnirə Birləşmiş Millətlər Təşkilatı və Ümumdünya Ərzaq Təşkilatı sponsorluq edir. Yarışa qatılan klassik avtomobillər aprelin 30-da Türkiyə ərazisinə daxil olub. Qardaş ölkəni 10 günədək dolaşacaq maşın karvanı azərbaycanlıların kompakt yaşadığı Qars şəhərində də olacaq. Mayın 10-da Türkiyəni tərk edəcək avtomobillər Gürcüstan ərazisini keçərək Azərbaycana gələcək.

Turnirin Türkiyə üzrə məsul nümayəndəsi Nadir Sərin “Doğan” agentliyinə bildirib ki, komandaların hər biri müəyyən xüsusi tapşırıqlar da yerinə yetirəcək. Türkiyədəki tapşırıq Azərbaycan mahnısı “Olmaz-olmaz”ı əzbərləmək və iştirakçıların özləri ilə gətirdikləri musiqi alətləri ilə ifa etməkdən ibarətdir.

Məlumatlara görə, yürüş iştirakçıları “Eurovision” musiqi yarıçması bitənə qədər Bakıda qalacaqlar.






4 May, 2012  19:25 Baxılıb: 1159 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner