Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Jurnalist Hacı Zeynalov BDYPİ-nə dəvət edilib

Anlaşılmazlıq aradan qalxıb 


Jurnalist Hacı Zeynalov Respublika Baş Dövlət Yol Polisi İdarəsinə dəvət edilib. Bakının Nərimanov rayonu, Gənclik dairəsində piyadalarla bağlı reydə düşərkən təyin olunmuş 10 manat cəriməni ödəyə bilməyən H.Zeynalovu idarənin məsul şəxsləri dinləyiblər.

Jurnalist simsar.az saytına açıqlamasında bildirib ki, 31 mart 2012-ci il tarixdə Bakının Nərimanov rayonunu Gənclik dairəsində piyadalarla bağlı reydə düşüb və Nərimanov rayon Yol Polisi Şöbəsində polis əməkdaşı Ə.Almuradov tərəfindən tərtib etdiyi 497501 saylı protokolda təyin olunmuş 10 manat cəriməni ödəyə bilməyib.

“Pulu ödəmək üçün “Kapitalbank”ın mərkəzi filialına dəfələrlə getsəm də, həmin məbləği ödəmək mümkün olmayıb. Səbəb isə bankdan həmin adda olan protokol əcnəbi vətəndaşın adı ilə bağlı olub. Idarənin vəzifəli şəxsləri bildirdi ki, banklarda yalnız sürücülük vəsiqəsi ilə olan cərimələrdə vətəndaşın adı göstərilir. Qeyd etdilər ki, piyadaların cərimə ödənişi ilə bağlı Azərbaycan Respublikası Mərkəzi Bankı Kütləvi Ödənişlər üzrə Mərkəzləşdirilmiş İnformasiya sistemində piyada reydləri zamanı cərimə olunan şəxslər Xarici Ölkə Vətəndaşı kimi təqdim edilir. Həmin zaman bankda cərimə ödəyən şəxsin adı və ya soyadı göstərilmir. Cərimə olunan vətəndaş bu adda bankda müəyyən olunan cəriməni ödədiyi halda Dövlət Yol Polisinin sistemində ödəniş göstərilir. İdarənin vəzifəli şəxsləri ödənişin şəffaf keçdiyini bildirdilər və ödənişin şəffaf aparılması ilə bağlı presidentlər də göstərdilər”.

H.Zeynalova protokolların kodlarının səhv salınması qəsdən edilməsinin də mümkünsüzlüyü də deyilib: “Artıq anlaşılmazılıq aradan qaldırılıb və reyd zamanı təyin olunan cəriməni ödəmişəm. Idarənin vəzifəli şəxsləri bildirdilər ki, təyin olunan cəriməni ödəmək üçün ilk dəfədir belə səs-küy yaradan vətəndaşla rastlaşırlar. Onlar dedilər ki, cərimə olunan şəxslərin ödəniş etmək cətinlikləri ilə dəfələrlə üzləşirlər. Mənim cəriməni könüllü şəkildə ödəmək üçün tələblər irəli sürməyimi nümunə kimi təqdim olunduğunu bildirdilər. Onu da deyim ki, “Kapitalnakn”ın mərkəzi filialında Xarici Ölkə Vətəndaşı adı altında cəriməni ödəyəndən sonra Dövlət Yol Polisinin sistemində cərimənin ödənildiyinin şahidi oldum.
Həmçinin, idarədə bildirdim ki, 31 mart 2012-ci il tarixdə Bakının Nərimanov rayonunu Gənclik dairəsində piyada keçidi üçün nəzərdə tutulmayan yerdən keçərkən saxlanılmağımla bağlı yerində protokolun tərtib edilmədiyindən şikayətçiyəm”.

RAMİL






4 May, 2012  17:44 Baxılıb: 1441 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner