Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Tale Heydərov Londonda Azərbaycan-Türkiyə münasibətlərini müzakirəyə çıxarıb

“Avropa ölkələrində iqtisadi böhran yaşandığı vaxtda Azərbaycan və Türkiyə iqtisadiyyatında ciddi artım qeydə alınıb”


Londonda Avropa Azərbaycan Cəmiyyətinin (AAC) təşkilatçılığı ilə «Azərbaycan və Türkiyə: müxtəlif investisiya imkanları» adlı biznes forum keçirilib. AAC-nin yaydığı məlumatda bildirilir ki, tədbirdə müxtəlif sessiyalar, əsasən enerji təhlükəsizliyi, maliyyə layihələri və bank investisiyaları, İKT sahəsi, kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi ilə bağlı müzakirələr aparılıb. Müxtəlif sahələr üzrə sessiyalarda ümumilikdə 40 ekspert çıxış edib, suallara cavab verilib.


Avropa Azərbaycan Cəmiyyətinin sədri Tale Heydərov isə çıxışında keçirilən biznes forumun ötən ilkindən fərqləndiyini bildirib: «Çünki bu forumda Azərbaycan və Türkiyəyə birgə investisiya imkanları dəyərləndirilir. Biz hesab edirik ki, regiondakı bir çox iqtisadi layihələr də Azərbaycanla Türkiyəni birləşdirir. Bu, yalnız iki ölkə arasındakı sıx mədəni əlaqələr, tarixi və qardaşlıq münasibətləri ilə bağlı deyil, həmçinin coğrafi mövqeyin yaratdığı birlikdir. Azərbaycan əsasən neft və qaz ixrac edir və son statistik məlumatlara görə, ölkəmiz dünyada sürətlə inkişaf edən iqtisadiyyata malik ölkədir. Azərbaycandan ixrac edilən neft və qazın böyük hissəsi Türkiyədən keçməklə Avropa bazarına çıxarılacaq».


T.Heydərov qeyd edib ki, Avropa ölkələrində iqtisadi böhran yaşandığı vaxtda Azərbaycan və Türkiyə iqtisadiyyatında ciddi artım qeydə alınıb. O, bunun həm də Bakı-Tbilisi-Ceyhan kimi layihələrin hər iki ölkənin iqtisadiyyatında oynadığı rolla əlaqələndirib: «Bakı-Tbilisi-Ərzurum boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda «Şahdəniz» yatağından hasil olunan təbii qazı Türkiyəyə çatdırır. Bundan əlavə, Türkiyə, Gürcüstan və Azərbaycanı birləşdirəcək və Avropa ilə Asiya arasında daha güclü ticarət əlaqələri yaradacaq Bakı-Tbilisi-Qars dəmir yolu xətti də hazırda tikilməkdədir».






4 May, 2012  17:44 Baxılıb: 1236 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner