Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

RAUF ASLANOV: “YOXLANMALI O QƏDƏR İDARƏ VAR Kİ...”

Bunda qorxulu bir şey yoxdur.

Bu gün bəzi elektron media orqanlarında mənzil məsələsinə görə Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin Azərbaycan Yazıçılar Birliyində (AYB) yoxlamalar aparacağına dair məlumatlar verilib. Qeyd olunub ki, araşdırmalar daha çox siyahıya edilmiş əlavələrlə bağlı olacaq. AYB üzvü, şair Ramiq Muxtar açıqlamasında deyib ki, adıçəkilən idarə ona Səbael Rayon İcra Hakimiyyətindən mənzil növbəsində olanların siyahısını təsdiqləyən arayış gətirməsi üçün müraciət edib.

AYB Mənzil Komissiyasının sədri Rauf Aslanov Korrupsiya Qarşı Mübarizə İdarəsinin AYB-də yoxlamalar aparacağından xəbərsiz olduğunu bildirb. O, simsar.az açıqlamasına kimlərinsə bölgüdən narazı qalmasını təbii qarşıladığını deyib: “Çünki bölgü bu gün müəyyənləşməyib. 1990-cı ildən bəri Yazıçılar Birliyində mənzil növbəsində duranlar var. Siyahıya sonuncu adamların adları isə 2007-cil ildə əlavə olunub. Onların evlərinin olub-olmadığını dəqiq deyə bilmərik. Amma evsiz olduqları haqqında komissiyaya arayış gətiriblər”.

R.Aslanov əlavə edib ki, yoxlamalar barədə açıqlama verən R.Muxtarın öz adı da siyahıda var: “Bu gün Bakıda yoxlanmalı o qədər idarə var ki. Əgər hər hansı qurum Yazıçılar Birliyində yoxlama aparacaqsa buyursun. Bunda qorxulu bir şey yoxdur. Ancaq Ramiq Muxtar da gərək ağzına gələni danışmasın”.








3 May, 2012  21:24 Baxılıb: 1575 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner