Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Səhiyyə Nazirliyinin vəzifəli şəxsləri azad olunub

Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi Leyla Seyidbəyova tutduğu vəzifədən azad edilib.

Simsar.az-ın məlumatına görə, L. Seyidbəyova 65 yaşı tamam olduğuna görə, təqaüdə göndərilib. 

Bakı şəhəri Baş Səhiyyə İdarəsinin rəisi vəzifəsinə isə Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdir müavini Elmira Əliyeva təyin edilib.

L. Seydbəyova isə Mərkəzi Neftçilər Xəstəxanasının direktoru vəzifəsinə təyin olunub.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev də 65 yaşı tamam olduğuna görə vəzifəsindən azad edilərək Respublika Elmi Tədqiqat Hematologiya və Qanköçürmə İnstitutunun direktoru təyin edilib.

Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri vəzifəsinə isə 2 saylı Şəhər Klinik Xəstəxanasının baş həkiminin müavini Gülmirzə Poladov təyin olunub.

 Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Simsar.az-a məlumatı təsdiqləyib.

A. Qədirli deyib ki, hər iki şəxsin təcrübəsinə böyük ehtiyac var.






3 May, 2012  18:38 Baxılıb: 1448 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner