Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

BEYNƏLXALQ MƏTBUAT GÜNÜNDƏ MƏTBUATIMIZIN GÜNÜ

Ələsgər Məmmədli: “Həbsdə olanların işlərinin araşdırılması ilə bağlı inkişaf yoxdur”

Vüqar Rəhimzadə: “Jurnalistlərin iqtisadi vəziyyəti ilbəil yaxşılaşır”

Bu gün Beynəlxalq Söz və Mətbuat Azadlığı Günüdür. 1991-ci il mayın 3-də Namibiyanın paytaxtı Vindhukda regional seminara toplaşan jurnalistlər "Vindhuk Bəyannaməsi"ni qəbul etdilər. Bəyannəmə informasiya vasitələrinə yardımçı olmaq məqsədilə dünya hökumətlərinə mətbuat azadlığının və demokratikliyinin təmin edilməsinə yardımçı olmağa çağırırdı. Buna görə, BMT Baş Məclisi 1993-cü ilin mayın 3-nü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü elan etdi.
Söz və mətbuat azadlığı demokratiyanın meyarı olaraq tanınır. Söz azadlığının olmadığı ölkələrdə insan hüquqlarının pozulması hallarına daha çox rast gəlinir. Bu gün bir çox beynəlxalq qurumlar ölkələrdə söz və mətbuat azadlığını diqqət mərkəzində saxlayırlar.

Ölkəmizdə mətbuat azadlığının vəziyyəti necə qiymətləndirilir?

Media məsələləri üzrə ekspert Ələsgər Məmmədli hesab edir ki, Azərbaycanda xüsusilə jurnalistlərə təzyiqlərin araşdırılması istiqamətində inkişaf yoxdur: “Quba hadisələri ilə bağlı həbs edilən jurnalistlərimiz var, «Xural» qəzetinin baş redaktoru Əvəz Zeynallı, İran Televiziyasının müxbirləri həbsdədir. Doğrudur, onların başqa maddələrlə həbs edildiyi bildirilir, amma əslində məlumdur ki, bu təzyiqlər jurnalist fəaliyyətlərinə görədir. Bu həbslərin araşdırmaları çox zəif şəkildə aparılır».
Ə. Məmmədlinin sözlərinə görə, Azərbaycanda kütləvi informasiya vasitələri arasında nisbətən azad hesab olunan sahə internet jurnalistikasıdır: «Burada biz, müəyyən manevrlər edə bilirik. Doğrudur, bəzi çəkindirici hallara burada da rast gəlinib, amma internet jurnalistikası daha sərbəstdir».

«İki Sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə ölkəmizdə söz və mətbuat azadlığının səviyyəsini yüksək qiymətləndirir. O, xüsusilə bu sahədə qanunvericilik bazasını qənətbəxş hesab edir: «Ölkəmizdə kimliyindən asılı olmayaraq, hər kəsin söz azadlığı var. Mətbuata nəzarət üçün dövlət mexanizmi yoxdur. Jurnalistlərin iqtisadi vəziyyətləri də yaxşılaşır. Xüsusilə Mətbuat Şurasının yaradılmasını, bu Şuranın həyata keçirdiyi layihələri yüksək qiymətləndirirəm. Mətbuatın inkişafından danışarkən 2008-ci ildə qəbul edilmiş Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Konsepsiyasını qeyd etmək lazımdır. Bundan sonra KİV-in İnkişafına Dövlət Dəstək Fondu yaradıldı ki, bu da müxtəlif müsabiqələr təşkil etməklə həm jurnalisitlərin peşəkarlığının artmasına, həm də iqtisadi cəhətdən vəziyyətlərinin yaxşılaşmasına müsbət təsirini göstərdi».
V. Rəhimzadə Azərbaycan mətbuatının 135 illiyinin geniş şəkildə qeyd olunmasının, prezident İlham Əliyevin sərəncamı ilə dövlət büdcəsindən jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün 5 milyon manat ayrılmasının jurnalistikanın inkişafında xüsusi rolu olduğunu dedi: «Bu proseslər davam etməkdədir. Dövlət büdcəsindən həmin Fonda ayrılan vəsaitin məbləği ilbəil artır». Sonda baş redaktor sağlam jurnalistika ilə məşğul olan hər bir şəxsi beynəlxalq gün münasibətilə təbrik etdi.

Xatirə






3 May, 2012  14:57 Baxılıb: 1207 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner