Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda İƏT-in iclası keçirilir

İqtisadi Əməkdaşlıq Təşkilatı ölkələrinin ticarətin təşviqi təşkilatları rəhbərləri bir araya gəlib

Bu gün Bakıda İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) ölkələrinin ticarətin təşviqi təşkilatları rəhbərlərinin II iclası öz işinə başlayıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun rəhbəri Adil Məmmədov ilk dəfədir ki, Azərbaycanda keçirilən tədbirin ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisi olduğunu vurğulayıb, iclasın İƏT-ə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsində əhəmiyyətini qeyd edib. 

Tədbirdə çıxış edən iqtisadi inkişaf nazirinin müavini Sevinc Həsənova Azərbaycanın qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən iqtisadi islahatlar, görülmüş genişmiqyaslı işlər nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib, sahibkarlıq fəaliyyəti genişlənmiş, biznes və investisiya mühiti daha da yaxşılaşıb. Bütün bunlar isə Azərbaycanın nüfuzunu, xarici investorların ölkə iqtisadiyyatına marağını daha da artırıb. Son dövrlərdə Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin keçirilməsi də məhz ölkəmizdəki davamlı sosial-iqtisadi inkişafın və Azərbaycanın dünyada artan nüfuzunun göstəricisidir.

Azərbaycan və İqtisadi Əməkdaşlıq Təşkilatı arasındakı əlaqələr barədə məlumat verən nazir müavini S. Həsənova qurumun üzv ölkələrdə ticarət və investisiya mühitinin inkişafı, iş adamları arasında əlaqələrin genişləndirilməsində rolunu vurğulamış, əlaqələrin bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə əminliyini bildirib.

İƏT-in baş katibinin müavini Fatih Ünlü isə ticarətin təşviqi təşkilatları rəhbərlərinin II iclasının Azərbaycanda keçirilməsindən məmnunluğunu ifadə etmiş, tədbirin üzv ölkələr arasında əməkdaşlığın daha da inkişafına töhfə verəcəyinə əminliyini vurğulayıb.

İclasda İƏT-ə üzv ölkələr arasında ticarət əlaqələri, ticarətin təşviqi agentlikləri arasında əməkdaşlıq və birgə tədbirlərin həyata keçirilməsi kimi məsələlər müzakirə edilib.

Tədbir çərçivəsində həmçinin, İƏT-ə üzv ölkələrin, o cümlədən Azərbaycanın iqtisadiyyatına, ticarət və investisiya imkanlarına dair təqdimatlar keçirilib. İclas 2 gün davam edəcək.

Qeyd edək ki, İqtisadi Əməkdaşlıq Təşkilatı 1985-ci ildə yaradılıb. Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, İran, Əfqanıstan, Özbəkistan, Pakistan, Tacikistan və Türkmənistan təşkilatın üzvüdür.







3 May, 2012  00:37 Baxılıb: 944 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner