Bağla
Mən artıq bəyənmişəm!
    
Simsar.az | bizi özünüzə Simsar bilin

SOSİAL

Hava haqqında

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamenti bu gün gözlənilən hava proqnozunu açıqlayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, mayın 2-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı gözlənilir. Hava şəraiti əsasən yağmursuz keçəcək, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq, axşam isə buludluluq artacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun gecə 11-15 dərəcə isti, gündüz 22-27 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarına gəlincə, mayın 2-də hava şəraitinin əsasən yağmursuz olacağı, lakin axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 12-17 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə isti, gündüz 15-20 dərəcə isti olacağı gözlənilir.

Milli Hidrometeorologiya Departamenti hava şəraitinin qısa icmalı da açıqlayıb. Mayın 2-də Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, mayın 3-də isə səhər və gündüz bəzi yerlərdə yağış yağacağı gözlənilir. Havanın temperaturu mayın 3-də ötən günlərə nisbətən 4-6 dərəcə aşağı enəcək.






2 May, 2012  05:56 Baxılıb: 934 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
16 Sentyabr, 2024  12:49

12 Sentyabr, 2024  11:08












10 İyun, 2024  16:13

7 İyun, 2024  12:18

6 İyun, 2024  14:22





31 May, 2024  15:30





24 May, 2024  14:01

23 May, 2024  16:06





6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04