Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AZƏRBAYCAN BMT TƏHLÜKƏSİZLİK ŞURASININ SƏDRİDİR

QMİ sədri Azərbaycan dövlətinin dəstəyi ilə təmir edilən məscid və kilsəsinin açılışında iştirak edəcək

Mayın 1-də BMT-nin Təhlükəsizlik Şurasında Azərbaycanın sədrliyi başlayıb. Bütün may ayı boyu Azərbaycan Şuraya sədrlik edəcək. 

Simsar.az-ın BMT İnformasiya Mərkəzinə istinadən yaydığı məlumata görə, may ayında BMT Təhlükəsizlik Şurasının əsas müzakirə mövzuları Yaxın Şərqdə vəziyyət və nüvə silahının yayılmaması olacaq. Mayda BMT TƏhlükəsizlik Şurasının terrorçuluğa qarşı mübarizəyə həsr olunmuş yüksək səviyyəli açıq iclasının keçiriləcəyi gözlənilir, iclasda Azərbaycan prezidenti İlham Əliyevin də iştirakı planlaşdırılır.

BMT radiosuna müsahibə verən Azərbaycanın BMT-də daimi nümayəndəliyinin rəhbəri, səfir Aqşin Mehdiyev bildirib ki, may ayı üçün Təhlükəsizlik Şurasının proqramı tam razılaşdırılmayıb, bununla belə əsas diqqətin Yaxın Şərq problemi, nüvə silahının yayılmasının qarşısını almaq, beynəlxalq terrorçuluğa qarşı mübarizə, Balkanlarda vəziyyət və Suriya böhranının nizamlanması üzərinə salınacağı şəksizdir.

Səfir BMT Təhlükəsizlik Şurasının Suriya ilə bağlı Kofi Annanın təklif etdiyi altı maddəlik planın dəstəklənməsi məsələsində həmrəyliyi qoruyub saxlaya biləcəyinə ümidvar olduğunu söyləyib. A. Mehdiyev may ayında BMT TŞ-da İran problemi ilə bağlı məsələnin müzakirə olunmayacağını deyib.

Azərbaycan keçən ilin oktyabrında ilk dəfə olaraq Şərqi Avropadan Təhlükəsizlik Şurasına üzv seçilib.

«AZƏRBAYCAN İNSAN HAQLARINI ƏSAS TUTACAQ»

Deputat Əli Əhmədovun fikrincə, bu post Azərbaycana imkan yaradacaq ki, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə töhfə verə bilsin:

Əli Əhmədov
«Azərbaycan hüquqlarını daha geniş miqyasda 
reallaşdırmaq imkanı qazanacaq. Azərbaycanın pozulmuş hüquqlarının bərpası, Qarabağ münaqişəsinin ədalətli həlli sahəsindəki səylərinin uğurlu olmasına töhfə verəcək».

Əli Əhmədov deyir ki, Suriya məsələsində Azərbaycan öz mövqeyini ortaya qoyub və bu münasibət beynəlxalq birliyin mövqeyindən fərqlənmir. O, Azərbaycanın quruma sədrlik müddəti boyu insan haqlarını, sülh, əmin-amanlığı əsas tutacağını söyləyir.






2 May, 2012  13:35 Baxılıb: 1038 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner