Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kriminaldan yazan jurnalist cəriməsini ödəyə bilmir

Hacı Zeynalova protokolun kodu səhv verilib 

Jurnalist Hacı Zeynalov 31 mart 2012-ci il tarixdə Bakının Nərimanov rayonunu Gənclik dairəsində piyadalarla bağlı reydə düşüb və Nərimanov rayon Yol Polisi Şöbəsində polis əməkdaşı Ə.Almuradov tərəfindən tərtib etdiyi 497501 saylı protokolda təyin olunmuş 10 manat cəriməni ödəyə bilmir.

O, Simsar.az-a bildirib ki, buna səbəb Yol polisinin səhlənkarlığıdır: “Həmin adda olan protokoldakı cəriməni ödəmək üçün “Kapitalbank”a getsəm də, bankdan həmin kodda əcnəbi vətəndaşın adının çıxdığı bildirilib. Buna görə də martın 31-də edilən cəriməni yol polisinin səhlənkarlığından ödəyə bilməmişəm.

“Protokolların kodlarının səhv salınması qəsdən edilə bilər. Bu da ona görə ola bilər ki, vətəndaş tətbiq edilən cəriməni müəyyən edilmiş 1 ay ərzində ödəyə bilməsin və cəriməni ödəmək barədə müddət başa çatandan sonra cərimənin üstünə ödənilmədiyi hər günə 1 manat əlavə pul tutulur. Buna görə də protokolun kodu qəsdən səhv qeyd olunur. Baş vermiş qanunsuz hərəkətlə bağlı bu gün Daxili işlər naziri Ramil Usubova müraciət etmişəm. Nazirdən yaranan problemin həll edilməsi üçün müvafiq olaraq göstəriş verməsini istəmişəm” deyə, jurnalist bildirib.

Onun sözlərinə görə, Gənclik dairəsində jurnalisti saxlayan polis əməkdaşı onun üzərində şəxsiyyətini təsdiq edən sənədin olmasına baxmayaraq, yerində protokol tərtib etməyib: “Məni Nərimanov rayon Yol Polisi Şöbəsinə aparaq, orada protokol tərtib edib. Bununla da polis əməkdaşı Ə.Almuradov qanunu pozub. Cəriməni ödəyəndən sonra polisin hərəkətindən müvafiq qaydada məhkəməyə müraciət edəcəm”.

RAMİL







1 May, 2012  17:38 Baxılıb: 817 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner