Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kommunistlər 1 Mayın qeyri-iş günü olmasını təklif edir

Təklif parlamentə göndərilib 

Azərbaycandakı kommunistlər 1 May-Zəhmətkeşlər gününün təqvimə qeyri-iş günü kimi salınması təklifi ilə çıxış ediblər.
Simsar.az-ın məlumatına görə, Kommunist Partiyası Milli Məclisə göndərdiyi müraciətdə bildirib ki, vaxtilə SSRİ-yə daxil olan respublikalarda, o cümlədən Şərqi Avropada zəhmətkeşlərin həmrəylik günü qeyri-iş günü hesab olunur. Azərbaycanda isə 1 May simvolik olaraq bayram kimi qeyd olunsa da, rəsmən qeyri-iş günü deyil”.

Kommunist Partiyasının sədri Rauf Qurbanov simsar.az saytına bildirib ki, onlar 1 Mayı xüsusi qeyd etməyəcəklər: “Heç bir tədbir keçirməyəcəyik”.

Qeyd edək ki, dünya bu gün zəhmətkeşlərin həmrəylik gününü qeyd edir. 1 May gününün tarixi isə 1886-ci ildən başlayır. Həmin vaxt Amerika və Kanadının sosialist, kommunist və anarxist təşkilatları mitinq və nümayişlər keçirmişdilər. Onlar həftənin altı günü 12 saat işləməkdən imtina edərək 8 saatlıq iş günü tələbi irəli sürmüşdülər. O zaman baş verən toqquşmalar nəticəsində 6 fəhlənin həyatına son qoyulmuşdu. Məhz bundan sonra da bu dövlət zəhmətkeşlərin tələbi ilə razılaşmışdı.

Bu gün dünyanın bir sıra ölkələrində zəhmətkeşlər mitinqlər keçirərək maaşların artırılması və iş şəraitinin yaxşılaşdırılması tələbini irəli sürürlər.

RUSLAN






1 May, 2012  15:19 Baxılıb: 993 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner