Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YAZIÇILAR BİRLİYİNİN MƏNZİL SİYAHISI NƏ DƏRƏCƏDƏ ƏDALƏTLİDİR?

Siyahıda hətta bir neçə evi olanların adları var  

Azərbaycan Yazıçılar Birliyində mənzil siyahısı ilə bağlı narazılıqlar yaranıb. Kulis.az saytının sorğusuna cavab verən Birliyin açıqlamasında bildirilir ki, qurumun mənzil komissiyasının toplantısında 9 mənzilin 36 nəfərə verilməsi qərara alınıb. Nəzərdə tutulur ki, dörd nəfərə bir mənzil verilsin və həmin mənzillər onların arasında satılaraq, bölünsün. Qeyd edək ki, Yazıçılar Birliyinə verilən mənzillər 4 otaqlıdır.
AYB həmin 36 nəfərdən 33-nün siyahısını adıçəkilən sayta təqdim edib, bildirilib ki, mənzil ehtiyacı olan daha 3 nəfərin adı da həmin siyahıya əlavə ediləcək.
Siyahıda yazarlarla yanaşı, AYB-in texniki işçiləri də yer alıb. Ümumiyyətlə, bölgü nə qədər ədalətlidir?

AYB-nin üzvü Şərif Ağayar simsar.az-a açıqlamasında deyib ki, siyahıda buna layiq olanların da, olmayanların da adı var: «Şaiq Vəli, Əsəd Cahangir, İlham Qəhrəman, Xanəmir, Ayxan Eyvaz və başqaları var ki, bu insanlara görə, siyahının nə dərəcədə ədalətli tərtib olunub-olunmamasına göz yummaq olar. Amma, ümumilikdə götürəndə bu cür sosial məsələlərdə ədalət heç 80 faiz də təmin olunmur. Siyahıda tanımadığım, yaradıcılığına heç yerdə rast gəlmədiyim, o cümlədən ədəbiyyat kimi, özünü AYB-ə sırayan adamların da adı var ki, bu da iyrənc mənzərə yaradır. Buna baxmayaraq, adını çəkdiyim və çəkmədiyim istedadlı adamların siyahıya salınmasına sevinirəm». 

Yazarın sözlərinə görə, digər tərəfdən, siyahıda evi, hətta, bir neçə evi olan şəxslərin adları var ki, bunu doğru hesab etmir: «Evi ola-ola adlarını həmin siyahıya salanların ədəbiyyatla məşğul olması, hər hansı yüksək ideallardan bəhs etməsi absurd bir şeydir». Bir mənzilin 4 nəfər arasında bölünməsinə gəlincə, Şərif bəy qeyd etdi ki, bu məbləğlə evi olmayan hər hansı bir şəxs özünə şəhərdən kənarda da olsa, müəyyən şərait qura bilər: «Azərbaycan reallığında buna da şükür».

Millət vəkili, yazıçı Aqil Abbas qeyd etdi ki, Neft Şirkətindən başqa heç bir qurumun ev tikmədiyi bir şəraitdə Yazıçılar Birliyinə 9 mənzilin verilməsi sevindirici haldır. Həmin mənzillərin 36 nəfərin arasında bölünməsini humanist addım hesab edir. Bu baxımdan Birlikdən umacaqları qəbul etimir.
Mənzillərin bölgüsünə gəlincə, A.Abbasın sözlərinə görə, siyahıya yazıçı, şair və ya operatorun adının salınması məsələsi müzakirə olunmamalıdır: «Həmin texniki işçilərin də qurumda əziyyətləri var. Əgər şair şer yazırsa, süpürgəçi də onun ayağının tozunu süpürür. Ev almaq onların da hüququdur».
A.Abbas evi olanların adının siyahıya salınması doğru hesab etmir: «Mənim 1986-cı ildən evim var. Baxmayaraq ki, iki oğlum, nəvələrim var və şəraitim o qədər də yaxşı deyil, adımın siyahıya salınmasını heç vaxt istəməmişəm. Çünki, orda evi olmayan və bu üzdən ailə qura bilməyənlər də var».
Keçmiş Sovet İttifaqı dağılan zaman AYB-in 300 nəfərdən bir qədər çox üzvü olduğunu deyən yazıçı qeyd etdi ki, indi qurumun 1500-dən çox üzvü var ki, onlardan bir çoxunun fəaliyyəti gözə dəymir: «Qurumun sıralarının bu qədər genişləndirilməsi yanlış bir addım idi, indi də qarşısında dayana bilmirlər. İndi Yazıçılar Birliyinə daxil olmaq ev, mövqe qazanmaq şansı kimi dəyərləndirilməməlidir».

Xatirə






27 Aprel, 2012  21:11 Baxılıb: 1143 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner