Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda Azərbaycan-Dağıstan biznes forumu keçirilib

Biznes forumda iki ölkənin iş adamları iştirak edib

Bu gün Azərbaycanda səfərdə olan Rusiya Federasiyası Dağıstan Respublikasının baş nazirinin müavini Rizvan Qazımaqomedovun rəhbərlik etdiyi nümayəndə heyəti İqtisadi İnkişaf Nazirliyində olub, nazir Şahin Mustafayevlə görüşüb. Nazirliyin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə mövcud iqtisadi əlaqələr, əməkdaşlıq perspektivləri və investisiya qoyuluşu imkanları müzakirə edilib.

Həmin gün İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə biznes forum keçirilib. Tədbirdə Azərbaycan Respublikası və Rusiya Federasiyasının Dağıstan Respublikası tərəfdən rəsmi şəxslərlə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən iş adamları iştirak edib.

Biznes forumda çıxış edən iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov ölkəmizin qazandığı sosial-iqtisadi nailiyyətlər barədə məlumat verib. Bildirib ki, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilən sosial-iqtisadi islahatlar nəticəsində Azərbaycan dinamik inkişaf edən ölkəyə çevrilib, sahibkarlıq fəaliyyəti genişlənib, biznes və investisiya mühiti daha da yaxşılaşıb. Görülən genişmiqyaslı işlər ölkəmizin iqtisadi qüdrətini daha da artırmış, Azərbaycan investisiya ixrac edən ölkəyə çevirilib.

Qeyd olunub ki, Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, iqtisadi inkişaf naziri Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Şimali Qafqaz regionunda investisiya imkanlarının araşdırılması məqsədilə 25-30 noyabr 2011-ci il tarixlərində bu regionda (Dağıstan, Çeçenistan, İnquşetiya, Şimali Osetiya-Alaniya, Qaraçay-Çərkəz,Kabardin-Balkar, Stavropol diyarı) səfərdə olub. Bu gün keçirilən biznes forum da verilən tapşırıqların icrası istiqamətində həyata keçirilən işlərin tərkib hissəsidir.

Tədbirdə Azərbaycan və Rusiya Federasiyasının Dağıstan Respublikası arasında əməkdaşlığın inkişaf etdirilməsi imkanları barədə məlumat verilib, əlaqələrin inkişafında biznes forumların, işgüzar görüşlərin keçirilməsinin əhəmiyyəti qeyd edilib.

Rusiya Federasiyası Dağıstan Respublikasının baş nazirinin müavini Rizvan Qazımaqomedov Rusiya Federasiyası Dağıstan Respublikasının Azərbaycanla əlaqələrin genişləndirilməsində maraqlı olduğunu vurğulayıb, iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın genişləndirilməsi və Dağıstana investisiya qoyuluşu imkanları barədə məlumat verib.

AZPROMO-nun prezidenti Adil Məmmədov Azərbaycanın biznes və investisiya mühiti barədə təqdimatla çıxış edib. Sonra Azərbaycan və Dağıstan iqtisadiyyatına, biznes və investisiya imkanları barədə təqdimatlar keçirilib.

Tədbir iş adamları arasında ikitərəfli görüşlərlə davam edib. Görüşlərdə işgüzar əlaqələrin inkişafı perspektivləri müzakirə edilib. Səfər çərçivəsində Dağıstan nümayəndə heyəti Sumqayıt Texnologiyalar Parkında, Binə qəsəbəsindəki “Qrintek” istixana kompleksində istehsal prosesi ilə tanış olacaqlar. Qonaqlar Azərbaycanın turizm imkanları və müasir texnologiyalara əsaslanan müəssisələrin fəaliyyəti ilə tanış olmaq üçün Qəbələ və Xaçmaz rayonlarına səfər edəcəklər.






26 Aprel, 2012  22:58 Baxılıb: 1052 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner