Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

TQDK gücləndirilmiş iş rejiminə keçib

Komissiya mərkəzləşmiş imtahan qaydalarını və imtahan günlərini gələn həftə açıqlayacaq

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) mərkəzləşmiş buraxılış imtahanları ilə bağlı gücləndirilmiş iş rejiminə keçib. Bu barədə Simsar.az-a TQDK-nın mətbuat katibi Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, artıq TQDK əməkdaşları imtahan keçiriləcək binaları yoxlamağa başlayıblar. Bu prosesə TQDK-nın regional bölmələri də daxil olmaqla, bütün heyət cəlb edilib: “Bakı şəhərində imtahan keçiriləcək 300-ə qədər binaya operativ baxış keçirilir. Regional bölmələrin əməkdaşları da imtahan keçiriləcək binalara baxmaq üçün ezam olunub. İmtahanlar ölkənin bütün şəhər və rayonlarında keçiriləcək. İmtahan binalarına baxışlar zamanı binaların sxemi və onların say tutumu müəyyənləşdiriləcək. Binalarda imtahanların keçirilməsi üçün normal şəraitin olub-olmaması, imtahana hazırlıq səviyyəsi yoxlanılacaq. Artıq TQDK imtahan binalarına məsul şəxslər üçün ilkin treninqlərin keçirilməsinə də başlayıb. Bu şəxslər orta məktəblərin direktorları və ya direktor müavinləridir”. 

E. Nağızadənin sözlərinə görə, hazırda mərkəzləşmiş imtahan qaydalarının və imtahan günlərinin müəyyənləşdirilməsi istiqamətində də ciddi iş gedir. Qaydaların gələn həftə açıqlanacağı gözlənilir.






26 Aprel, 2012  19:45 Baxılıb: 1012 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner