Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

AMEA-da alimlərin yığıncağı oldu

Akademik Ramiz Mehdiyev də yığıncaqda iştirak edib

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) illik ümumi yığıncağı keçirilib. Simsar.az-ın məlumatına görə, tədbirdə Prezident Administrasiyanın rəhbəri, akademik Ramiz Mehdiyev də iştirak edib. 

Yığıncaq iştirakçıları öncə akademiyanın foyesində kitab sərgisi ilə tanış olublar. Hesabat yığıncağını giriş sözü ilə açan AMEA prezidenti, akademik Mahmud Kərimov qeyd edib ki, hesabat ili ərzində AMEA-nın bir neçə həqiqi və müxbir üzvü vəfat edib. Akademiya prezidentinin sözlərinə görə, AMEA hər zaman ölkə rəhbərinin diqqət və qayğısını hiss edib: “Azərbaycan prezidenti görkəmli alimlərimizin yubileylərinin keçirilməsi, milli atlasın nəşr edilməsi və elmlə bağlı digər qərarlar qəbul edib”.

Sonra AMEA-nın akademik-katibi, akademik Vaqif Fərzəliyev AMEA-nın ötən ilki fəaliyyəti və respublikanın digər elm və təhsil müəssisələrində yerinə yetirilən elmi-tədqiqat işlərinin əsas nəticələri haqqında hesabat məruzəsi ilə çıxış edib. V. Fərzəliyev qeyd edib ki, AMEA 10 dövlət proqramının yerinə yetirilməsində iştirak edib: “Ötən il 157 problem, 485 mövzu üzrə 1427 elmi tədqiqat işi aparılıb. 160 elmi nəticə alınıb”.

AMEA-nın akademik-katibi bəzi problemlərin olduğunu da diqqətə çatdırıb: “Bir çox gənc mədəniyyət və incəsənət xadimlərinə, idmançılara prezident təqaüdü verilsə də, gənc alimlər bu siyahıda yoxdur. Gənclərin elmə marağını artırmaq üçün onların mənzil şəraitinin yaxşılaşdırılmalı, ümumilikdə isə alimlərin əmək haqları artırılmalıdır ”.

Daha sonra akademiklər Əli Abbasov, Qərib Məmmədov, Əhliman Əmiraslanov, Xoşbəxt Yusifzadə, AMEA-nın müxbir üzvləri Yaqub Mahmudlu, Nailə Vəlixanlı çıxışlarında AMEA-nın bir illik fəaliyyətini müsbət qiymətləndirərək, fikir və təkliflərini səsləndiriblər.






25 Aprel, 2012  20:35 Baxılıb: 1111 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner