Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“Azadlıq” qəzeti: "...üzrxahlıq etməkdən də çəkinmirik, amma..."

"Bu məlumatın dərcində “Azadlıq” qəzeti heç bir qərəz güdməyib"

“Azadlıq” qəzeti Prezidentin mətbuat xidmətinin yaydığı məlumatla bağlı mövqeyini açıqlayıb.

“Azadlıq” qəzeti olaraq bildiririk ki, qərəz və qəsdən yalan məlumat yaymaq iş prinsipimiz deyil, redaksiya məlumat və məqalələrindəki təsadüfü yanlışlıqlara görə üzrxahlıq etməkdən də çəkinmir, bunu özünə ayıb bilmir. Lakin prezidentin mətbuat xidmətinin təkzib etdiyi məlumatın mənbəyi redaksiya deyil. Məlumat bloqçu Vəfa Cəfərovanın bloqundan götürülüb (http://vafajafarova.wordpress.com/2012/04/20/2_blancpain1735_630_3/). Üstəlik bu istinad olunmuş xəbər bir neçə gün sosial şəbəkələrdə və bəzi informasiya portallarında tirajlanıb.

Əgər prezidentin mətbuat xidmətinin ifadə etdiyi kimi, doğrudan da ölkə başçısı bu qiymətdə saatdan istifadə etmirsə, onda yayılan məlumata görə təəssüfümüzü bildiririk. Eyni zamanda hesab edirik ki, mətbuat xidməti ictimai maraq doğuran bu məlumata onun elektron informasiya mənbələrində yayıldığı ilk vaxtda, operativ reaksiya bildirsəydi, belə bir anlaşılmazlıq da yaranmazdı.

Bir daha bildiririk ki, bu məlumatın dərcində “Azadlıq” qəzeti heç bir qərəz güdməyib, yalnız onun maraqlılıq dərəcəsini nəzərə alıb. Təəssüf ki, məlumat çapa hazırlanarkən prezidentin mətbuat xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb. Mətbuat xidmətinin “Azadlıq”la bağlı təkzib xarakterli məlumatını onun redaksiyasına yox, başqa KİV-lərə göndərməsi də (Prezidentin saytında mətbuat xidməti adından sonuncu xəbər martın 5-də yayılıb) bu qurumla əlaqədəki problemi və problemin mənbəyini aydın təsvir edir.

“Azadlıq” qəzeti ümidvar olduğunu bildirir ki, gələcəkdə prezidentin mətbuat xidməti ilə sağlam işgüzar münasibətlər yaratmaq mümkün olacaq və belə anlaşılmazlıqlar təkrarlanmayacaq”-deyə açıqlamada deyillir.






24 Aprel, 2012  21:35 Baxılıb: 897 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner