Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Vatikanda Azərbaycana aid əlyazmalar Bakıya gətirilib

Fərid Ələkbərli: “Orada erməni, gürcü kataloqları var, amma bizimki yoxdur”

Vatikan Məxfi Arxivlərindən gətirilmiş Azərbaycana aid sənədlər araşdırıcıların üzünə açılıb. Sənədləri Vatikandan gətirən AMEA-nın Füzuli adına Əlyazmalar İnstitutunun şöbə müdiri Fərid Ələkbərlidir.
O, “Azadlıq” radiosuna açıqlamasında bildirib ki, Vatikan kitabxanaları dünyanın ən iri, ən zəngin kitabxanalarındandır.

- Mən Apostol kitabxanasını və Məxfi Arxivləri nəzərdə tuturam. Vatikan yer üzündəki bütün katolikləri idarə edən bir dövlət olaraq dünyada gedən mədəni, dini və siyasi prosesləri də nəzarətdə saxlayıb və missiyasından irəli gələrək idarə etməli olub. Vatikan müxtəlif xalqlar haqqında məlumat toplayıb—onların mədəniyyəti, iqtisadi və siyasi vəziyyəti. Bunların hamısı Katolik kilsəsinə sadəcə öz biliklərini artırmaq, hər şeyi bilmək üçün lazım deyildi. Buna zərurət var idi. Öz dinini başqa dinlərdən, Vatikan dövlətini başqa dövlətlərdən qorumaq, Katolik dinini dünyada yaymaq üçün ətrafdakı gerçəkliklər barədə onlara məlumat gərək idi. Həmin məlumatları toplamaq üçün onların kəşfiyyat idarəsi də var idi. İdarə sərəncamında olan keşişləri, xristian cərəyanlarına aid sektaların təmsilçilərini müxtəlif ölkələrə göndərirdi. Onlar həmin ölkələrdən bütün məlumatları yığıb gətirirdilər. Oranın siyasi durumu, ölkənin demoqrafik vəziyyəti—indi bizə gərək olan bütün məlumatları toplayırdılar. Bunları biz özümüzdə tapa bilmirik, amma indi həmin sənədlərdən öyrənə bilirik.


F.Ələkbərli bildirib ki, həmin missionerlər hesabat şəklində bu bilgiləri Vatikana göndərirdilər və biz əmin idik ki, orada Azərbaycan haqqında da sənədlər olmalıdır. Çünki Azərbaycan elə coğrafi məkanda yerləşir ki, o Vatikanı maraqlandırmaya bilməzdi. Biz onu da bilirdik ki, orta əsrlərdə Azərbaycanı idarə edən hökmdarlar XI əsrdən bu yana Vatikanla sıx əlaqə saxlayırdı. Onlarla sazişlər bağlayırdılar, elçi mübadiləsi gedirdi. Səfəvilərlə, Ağqoyunlu, Qaraqoyunlu, hətta Eldənizlərlə də elçilikləri vardı. Missionerlər Vatikana təkcə məlumatlar gətirmirdilər. Maraqlarını çəkən əşyaları, xalqların mədəniyyəti, fəlsəfi-dini görüşləri haqqında məlumat verən kitabları, əlyazmaları da özləri ilə gətirirdilər. Biz bilirdik ki, Vatikan kilsəsi dünyanın hər yerindən əlyazmalar toplayır, biz bilirdik ki, qədim Misir papiruslarından tutmuş gil lövhələrə qədər, orta əsrlərdə həm Avropada, həm də Şərqdə ərəb, fars, türk və başqa dillərdə, həmçinin çin və uyğur dillərində yazılan mətnləri, əlyazma kitablarını toplayırdı. Çünki o dövrdə çap geniş yayılmamışdı. Şərqdə isə əlyazma kitabları XX əsrin əvvəllərinə kimi mövcud idi. Həmin kitabları Apostol kitabxanasına yerləşdirirdilər. Sənədlər, hesabatlar və s. i isə Papaların dəftərxanasında toplanırdı. Həmin dəftərxana hazırda Vatikanın Məxfi Arxivləri adlanır. Azərbaycan hökumətinin də bundan xəbəri vardı. Bizim mütəxəssislərdən məlumat almışdılar. Odur ki, Azərbaycanla Vatikan arasında baş tutan görüşlərdə mədəni əlaqələr yaratmaq istiqamətində sazişlər bağlanmışdı. Ona əsasən də, mənim ora gedib, geniş araşdırma aparmaq imkanım olub. Mənə qədər də Vatikanda azərbaycanlılar olub. Amma orada bir ay qalmaq və orta əsr Azərbaycan əlyazmalarını axtarmaq ilk dəfə baş tutdu.

F.Ələkbərli Vatikan kitabxanalarındakı çətinliklərdən də danışıb.

- Mən ora ezam ediləndə, qarşıma belə bir məqsəd qoyulmuşdu ki, Azərbaycana aid materialları, müxtəlif dillərdə kitabları tapım və ölkəyə gətirim. Orada işləməyin çətinliyi də ondan ibarət idi ki, mənbələr müxtəlif dillərdədir. Bir də, Vatikanda ümumi kataloq və kartoteka yoxdur. Və «Azərbaycan əlyazması» məfhumu da son günlərə qədər Vatikanda yox idi. Onlar ərəb əlyazması, fars və türk əlyazmasının olduğunu bilirdilər. Azərbaycan əlyazmasının nə olduğunu onlara başa salmaq çox çətin idi, çünki bununla bağlı nə ədəbiyyat, nə kartoteka və kataloq vardı...XVI-XVII əsrlərə aid bəzi mürəkkəblə yazılmış mətnlər vardı ki, orada bəzi əsərlərin adı çəkilirdi. Məsələn, İrandan gətirilmiş kitab. Onun nə müəllifi göstərilir, nə də harada yazıldığı və s. Demək, o kitabı götürüb baxmaq lazım idi ki, bunun Azərbaycana aidiyyatı var, ya yox? Bax, bu bizim işimizi bir xeyli çətinləşdirirdi. İndi əlyazmalar Bakıdadır. Hazırda bu əsərlərin kataloqunu hazırlayıram. Adı «Vatikanda saxlanılan orta əsr Azərbaycan əlyazmaları və sənədləri» olacaq. Belə bir kataloq ilk dəfədir hazırlanır. Vatikanda erməni kataloqu var, gürcü də var. Amma bizimki yoxdur. Bu, qərəzçiliklə bağlı deyil. İş orasındadır ki, onlar bütün əlyazmaları dil üzrə bölürlər. Azərbaycan dilini isə türk dili adlandırdıqlarına görə türkdilli əlyazmaları bir kataloqda birləşdiriblər. İndi biz tapdığımız əlyazmaların siyahısını onlara verdik. O əlyazmalar üzərində bəzi bərpa işləri aparılmalıdır. Çünki onların bir çoxu pis vəziyyətdədir—cildləri cırılıb, səhifələri itib...






24 Aprel, 2012  19:03 Baxılıb: 1174 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner