Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Buraxılış və qəbul imtahanlarının birləşdirilməsini istəyənlər artır

Təhsil ekspertləri bir dəfə imtahanın keçirlməsi təklifini dəstəkləyir

Orta məktəblərdə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyasınının səlahiyyətlərinə daxil olunduqdan sonra imtahanların ümumiləşdirilməsi məsələsi gündəmə gəlib. Yəni, orta məktəblərdə buraxılış və ali məktəbəblərə qəbul üçün bir dəfə imtahanın keçirilməsi nəzərdə tutulur. Millət vəkili Ceyhun Osmanlı da bu günlərdə bu cür təklif səsləndirib. O, dünya praktikasında belə bir variantın olduğunu qeyd edib. Millət vəkilinin sözlərinə görə, Qərb ölkələrində tətbiq olunan bu variantın Azərbaycan təhsil sisteminə gətirilməsi səmərəli ola bilər. Bu 11-ci sinif şagirdlərini iki dəfə imtahan vermək stressindən azad edər.

Azərbaycan Təhsil Şurasının sədri, pedaqoji elmlər doktoru Əjdər Ağayev Simsar.az-a açıqlamasında bu məsələninin artıq bir neçə ildir ki, müzakirə olunğunu dedi. Onun sözlərinə görə, bu il bunu reallaşdırmaq mümkün deyil. Ə.Ağayev bildirdi ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu il üçün yalnız iki fənndən - riyaziyyat və ana dilindən imtahanların keçirilməsini nəzərdə tutur. Gələn ildən isə imtahanların birləşdirilməsi məsələsi üzərində işlənəcək: «Bunun modeli, maddi-texniki bazası işlənib hazırlanmalı, yüksək səviyyədə suallar tərtib olunmalıdır. Suallar hazırlanarkən ilk növbədə orta məktəb proqramı nəzərə alınmalıdır. Hətta imtahan verən şagirdin haqqı var ki, sualın qarşısına yazsın ki, bu sual proqramda yoxdur. İlk növbədə bilik obyektiv qiymətləndirilməlidir. Bu məsələnin həyata keçməsi gənclərimizi imtahan oyunundan nəhayət ki, azad edər».
Ə. Ağayev ümumilikdə pedaqoji ictimaiyyətin bu məsələni təqdir etdiyini söylədi.

Keçmiş təhsil naziri, professor Firuddin Cəlilov da Simsar.az-a açıqlamasında imtahanların birləşdirilməsi təklifini məqsədəuyğun hesab etdiyini deyib: «20 il əvvəl mən də belə bir ideyanı irəli sürmşdüm. İmtahan vermək asan məsələ deyil. Gənclərin buraxılış imtahanı, arldınca isə qəbul imtahanı verməsi həm zehni, həm psixoloji, həm də fiziki cəhətdən onların yüklənməsi ilə nəticələnir».
Məsələnin texniki tərəflərinə gəlincə, F.Cəlilov hesab edir ki, imtahanın nəticəsinə görə, yüksək bal toplanılan fənnə uyğun ixtisas seçilməlidir və burada gənclərin istəyi mütləq nəzərə alınmalıdır.

Xatirə






24 Aprel, 2012  18:09 Baxılıb: 1372 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner