Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakıda Gənc Hüquqşünasların Beynəlxalq Forumu keçiriləcək

Tələbələr Avropanın hüquq təhsili ilə tanış olacaq

Bakıda Gənc Hüquqşünasların Beynəlxalq Forumu keçiriləcək. Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan Nümayəndəliyinin sədr müavini Xanlar Ağalarovun simsar.az-a verdiyi məlumata görə, Forum aprelin 26-da başlayacaq. Forumun təşkilatçısı Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının Azərbaycan Nümayəndəliyidir.

Tədbirdə Prezident Adminstrasiyasının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri Fuad Ələsgərov, gənclər və idman naziri Azad Rəhimov, Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin, Azərbaycan Hüquqşünasları Konfederasiyası İdarə Heyətinin sədri Əli Hüseynli, həmçinin Avropa Hüquqşünas Tələbələr Assosiasiyasının prezidenti Niuşa Nademinin iştirakı nəzərdə tutulur.


Dörd gün ərzində keçiriləcək tədbirə Avropanın müxtəlif ölkələrindən 50-ə yaxın gənc hüquqşünas qatılacaq. ELSA-nın Azərbaycan nümayəndəliyinin fəaliyyəti barədə nümayəndəliyin rəhbəri Elşən Bayramov hesabat verəcək.

Tədbirin keçirilməsində məqsəd tələbələri Avropa hüquq təhsili ilə tanış etmək, tələbələr arasında təcrübə və bilik mübadiləsini dəstəklənməsindən ibarətdir.
Tədbiri Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən maliyyələşdirilir.

Xatirə






24 Aprel, 2012  16:33 Baxılıb: 1202 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner