Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Dubay şeyxləri Qəbələdə

Ərəblər bölgənin turizm imkanları ilə maraqlanırlar

Dubay Əmiri Administrasiyasının rəhbəri, Dubay İnvestisiya Korporasiyasının baş icraçı direktoru, Dubay Bankının sədri, Dubay İslam Bankının İdarə Heyətinin sədri Məhəmməd Əl Şaybaninin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfəri çərçivəsində Qəbələ rayonunda bir sıra müəssisələrin fəaliyyəti, bölgənin turizm imkanları ilə tanış olub. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, Qəbələ Konserv Zavodunda Dubay nümayəndə heyətinə məlumat verilib ki, müəssisədə müasir standartlara cavab verən avadanlıqlar quraşdırılıb. 


Zavodda müxtəlif növ meyvə püreləri, şirələr, turşular, mürəbbələr, cemlər, konsentratlar istehsal edilir. Müəssisənin məhsulları dünyanın 35-dən çox ölkəsinə, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinə ixrac edilir. Qəbələ Piano Fabrikinin fəaliyyəti ilə tanışlıq zamanı Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə də qeyri-neft sənayesinin inkişafına böyük diqqət göstərildiyi bildirilmiş, ölkəmizdə ənənəvi istehsal sahələri ilə yanaşı, yeni istehsal müəssisələri yaradıldığı diqqətə çatdırılıb. Qəbələ Piano Fabriki də belə müəssisələrdəndir. Regionda analoqu olmayan və beynəlxalq standartlara tam cavab verən fabrikdə dünyada məşhur olan “Beltmann” markalı pianolar istehsal edilir. Fabrikdə ildə 1000 ədəd piano istehsal edilir və fabrikin yüksək keyfiyyətli piano və royallarına böyük tələbat var.


Dunay nümayəndə heyəti Qəbələdə beşulduzlu otellər sistemi - “Qafqaz Riverside”, Qafqaz Recort, “Qafqaz Sport” otelləri, rayonda yaradılmış müasir turizm infrastrukturu, Qəbələnin füsunkar təbiəti ilə də tanış olub, onlara bölgənin turizm imkanları barədə geniş məlumat verilib. Dubay nümayəndə heyətinin üzvləri Azərbaycanın dünyada turizm ölkəsi kimi tanınması üçün böyük potensiala malik olduğunu vurğulamış, Azərbaycandakı dinamik sosial-iqtisadi inkişafdan, müasir texnologiyaya əsaslanan müəssisələrin yaradılmasından məmnunluğunu ifadə ediblər.

Dubay əmiri administrasiyasının rəhbəri Məhəmməd Əl Şaybani Azərbaycanda bütün sahələrin, paytaxt Bakı ilə yanaşı, regionların da sürətlə inkişaf etdiyini qeyd etmiş, yaradılmış müəssisələrin rəqabətədavamlı və müasir texnologiyalar əsasında qurulduğunu, ölkəmizin geniş turizm imkanlarının olduğunu vurğulayıb.






23 Aprel, 2012  19:06 Baxılıb: 2071 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner