Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

PEYĞƏMBƏRLƏRİN PEŞƏLƏRİ - FOTOSESSİYA

Saatı Həzrəti Yusif icad edib 

“Qurani Kərim”də adı çəkilən peyğəmbərlərin hər biri müxtəlif peşə sahibləri olublar. Bununla onlar insanlara həm də gözəl peşələr öyrədiblər. Simsar.az oxucularına peyğəmbərlərin peşələrini təqdim edir.
İlk insan və ilk peyğəmbər olan Həzrəti adəm həm də ilk əkinçi olub.
Həzrəti Şis isə toxuculuq sənətinin banisi hesab olunur.
Həzrəti İdris iynəni ixtira edən, iynədə deşik açıb ona sap keçirən ilk insan olduğundan dərzilik sənətinin əsasını qoyub.
Həzrəti Nuh dülgərliklə yanaşı, gəmiçiliyin, dənizçiliyin əsasını qoyub.
Həzrəti Hud tacirlərin atası sayılır.
Həzrəti Salih dəvəçiliklə məşğul olub. O, dəvələrin südünü satmaqla yaşayışını təmin edirdi.
Həzrəti İbrahim Kəbəni yenidən inşa edib. Bununla da Həzrəti Süleymana öndərlik edib.
Həzrəti Lut tarixçi idi.
Həzrəti İsmayıl isə quruda və suda ovçuluqla məşğul olurdu. O, eyni zamanda 70 dil bildiyindən tərcüməçiliyin də əsasını qoyduğu hesab olunur.
Həzrəti İsaq çoban idi. Həmçinin Həzrəti Yaqub da çoban olub.
Həzrəti Yusif isə saatı icad edən, bundan başqa bolluq vaxtı məhsulları depoya yığmağı, qıtlıq vaxtı isə onları paylamağı fikirləşən peyğəmbər olub.
Həzrəti Əyyub əkinçiliklə məşğul olurdu.
Həzrəti Musa çoban idi. Həzrəti Harun isə vəzir idi.
Həzrəti Davud dəmirçi idi. O, zirehlər hazırlamış və nizami ordu qurmuşdur.
Həzrəti Süleyman hökmdar idi. İlk mis mədəni də Həzrəti Süleymanın tapıntısı idi.
Həzrəti Zülkifl çörəkçi idi.
Həzrəti İlyas toxucu olub. Həzrəti Yunus isə balıqçılıqla məşğul idi.
Həzrəti Üzeyir bağban idi. Meyvə ağaclarını əkib yetişdirmək, onları budamaq işlərini insanlara Həzrəti Üzeyir öyrədib.
Həzrəti Loğman həkimliyin və əczaçılığın əsasını qoyub.
Həzrəti Zəkəriyyə dülgər idi.
Həzrəti İsa ovçu idi.
Həzrəti Məhəmməd kiçik yaşlarından çobanlıqla məşğul olmuş, daha sonra isə tacirlik etmiş və cihad etmişdi. Cihaddan vəfatına qədər isə dövlət başçısı olub.

Fatimə Kərimli

 

 






23 Aprel, 2012  16:46 Baxılıb: 1717 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner