Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bakının hava proqnozu açıqlanıb

Dəyişkən buludlu, yağmursuz hava şəraiti davam edəcək

Bakıda və Abşeron yarımadasında müşahidə olunan duman cənub küləyinin əsməsi və dənizdən rütubətli havanın şəhərə daxil olması ilə əlaqədardır


Bakıda və Abşeron yarımadasında müşahidə olunan duman cənub küləyinin əsməsi və dənizdən rütubətli havanın şəhərə daxil olması ilə əlaqədardır. Bu gün günorta saatlarında şimal küləyinin arabir güclənməsi ilə bağlı duman çəkiləcək. 

 Bu barədə Simsar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev bildirib. Onun sözlərinə görə, bu gün Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Şimal küləyi əsəcək və günün ikinci yarısında arabir güclənəcək. Havanın temperaturu bu gün, ayın 24 və 25-də gündüz saatlarında 20-25 dərəcə isti təşkil edəcək: “Bu gün əsən şimal küləyi ayın 24-də də müşahidə olunacaq. Ayın 25-də isə gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq”.

Azərbaycanın rayonlarında bu gün hava əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda şimşək çaxacağı, qısa müddətli yağış yağacağı gözlənilir. Havanın temperaturu aran rayonlarında gündüz saatlarında 23-28, dağlıq rayonlarda 14-19 dərəcə isti təşkil edəcək.






23 Aprel, 2012  15:47 Baxılıb: 959 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner