Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

“Eurovision” üçün audio-bələdçi cihazı

Qonaqlara təklif ediləcək bu cihaz vasitəsilə məlumatları asanlıqla dinləmək olacaq 

Bakıda “Eurovision 2012” mahnı müsabiqəsinə hazırlıq işləri daha da sürətlənib. Lent.az-ın məlumatına görə, ölkəmizə gələcək minlərlə xarici turistin rahatlığını və digər tələblərini qarşılamaq üçün müxtəlif layihələr həyata keçirilir. Bunlardan biri də qonaqlara təklif ediləcək xüsusi audio-bələdçi cihazlarıdır.

 Simsar.az-ın məlumatına görə, radioya bənzər formada olan bu cihazları rahatlıqla boyundan asmaq və məlumatları qulaqcıqla dinləmək mümkündür. Cihaz vasitəsi ilə məlumatları 5 dildə - Azərbaycan, ingilis, rus, fransız və alman dilində almaq mümkündür. İlkin olaraq bu cihazlar “İçərişəhər” qoruğu ərazisində daha faydalı olacaq. Çünki qoruğun girişlərində yerləşdiriləcək məlumat bürolarında (köşk) turistlərə həm də otel, restoran, tarixi abidə, hamam, məscid, mədrəsə və s. yerini göstərən xəritə paylanılacaq. Bu xəritələrdə həmin tikililər nömrələnir. Xarici qonaqlar isə cihazda həmin nömrəni yığmaqla maraqlandığı abidə haqqında 5 dildə məlumat almaq imkanına malik olacaq.

Xüsusi qurğu vasitəsi ilə həm də Azərbaycanın klassik, milli musiqisini dinləmək, ölkəmiz haqqında məlumat almaq da mümkün olacaq.






21 Aprel, 2012  15:13 Baxılıb: 1189 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner