Ərazidə 300-ə qədər müşahidəçi olacaq
BMT Təhlükəsizlik Şurası bir neçə saatlıq müzakirədən sonra Suriyadakı beynəlxalq müşahidəçilərin sayını 30-dan 300-dək artırmağı nəzərdə tutan qətnamənin mətnini razılaşdırıb.
Fransanın BMT yanında daimi nümayəndəsi Jerar Aronun sözlərinə görə, qətnamənin mətni BMT TŞ-nın üzvü olan ölkələrə göndəriləcək. Aprelin 21-i Bakı vaxtı ilə saat 20.00-da qətnamə BMT TŞ-da səsverməyə qoyulacaq.