Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənistanda narazılar çoxalır

Əhalinin 66 faizi ölkədəki vəziyyətdən narazıdır

Ermənistan əhalisinin 66 faizi ölkədəki vəziyyətdən narazıdır. Simsar.az-ın "Armenia Today"ə istinadən verdiyi məlumata görə, bu barədə cümə günü Yerevanda təşkil edilmiş mətbuat konfransında Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin rəhbəri Valeri Fyodorov parlament seçkiləri ərəfəsində Ermənistanda sosial-siyasi vəziyyətə həsr edilmiş araşdırmaların nəticələrini təqdim edərkən bildirib.

Aparılan araşdırmaya əsasən, respondentlərin 38 faizi ölkədəki vəziyyətdən tam narazıdır, 28 faizi əsasən narazıdır, 1 faizi cavab verməkdə çətinlik çəkib, 30 faizi əsasən razıdır, 3 faizi isə olduqca razıdır.

Respondentlərin 27 faizi hesab edir ki, ölkədə vəziyyət heç şübhəsiz ki, pisləşir, 28 faizi vəziyyətin pisləşməyə doğru getdiyini bildirib. Bununla yanaşı, rəyi soruşulanların 19 faizi cavab verməkdə çətinlik çəkib və ya hesab edir ki, vəziyyət praktiki olaraq dəyişmir. Respondentlərin 30 faizinin fikrincə, ölkədə vəziyyət əsasən yaxşılaşır, 5 faiz respondent isə hesab edir ki, vəziyyət heç şübhəsiz ki, yaxşılaşır.

Rəyi soruşulanların 27 faizi son 3 ayda ən vacib hadisə kimi seçkiqabağı vədləri yadda saxlayıblar, bununla yanaşı, respondentlərin 74 faizi ölkədəki sosial-siyasi hadisələri izləyir, 14 faizi isə hesab edir ki, ən vacib hadisə qiymətlərin artımıdır.

51 faiz respondentin fikrincə, bu gün ölkə qarşısında dayanan ən kəskin problem işsizlik və işədüzəlmədə çətinliklərdir. Rəyi soruşulanların 36 faizi hesab edir ki, əsas problem ərazilərin abad olmamasıdır (küçələrdə palçıq, işıqlandırmanın olmaması və s.). Yoxsulluq, aşağı əməkhaqqı və pensiya 25 faiz respondent üçün ən ciddi problemdir. Araşdırmada iştirak edənlərin 19 faizi hesab edir ki, isitmə, elektik enerjisi, su təchizatındakı fasilələr ən ciddi problemdir. Respondentlərin 15 faizi isə ən kəskin problem kimi kənd təsərrüfatının tənəzzülünü göstərib. Qiymətlərin artımı, qida, yanacaq qiymətlərinin yüksəlməsi 50 faiz respondent üçün ciddi problemdir. Rəyi sorşulanların14 faizi ekoloji məsələlərdən, 12 faizi ictimai nəqliyyatın bərbad işindən, 9 faizi isə miqrasiyadan narahatdır.

Dövlət xərclərinin prioritetləri işsizliyin aradan qaldırılması (25 faiz), yoxsulluqla mübarizə (16 faiz), sənayenin bərpa edilməsi (8 faiz), kənd təsərrüfatının inkişafı (6 faiz), şəhər və kəndlərin abadlığı (6 faiz) olmalıdır.






20 Aprel, 2012  21:12 Baxılıb: 891 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner