Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Masallı sahibkarkarına güzəştli kreditlər veriləcək

Bu rayonda quşçuluq kompleksi tikiləcək

İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda Masallı rayonunun Boradigah qəsəbəsində tədbir keçirib. Tədbirdə Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 180-ə yaxın sahibkar iştirak edib.
Tədbir çərçivəsində güzəştli kreditlər hesabına maliyyələşdirilməsi məqsədəuyğun hesab olunan müasir quşçuluq kompleksinin, meyvə-tərəvəz emalı müəssisələrinin, istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçik həcmli investisiya layihələrinin ümumi dəyərinin 100%-dək hissəsinin dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr, digər metodiki materiallar paylanılıb.
Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, fond tərəfindən 2012-ci ilin ötən dövrü ərzində sahibkarlıq subyektlərinin 640 investisiya layihəsinin maliyyələşdirilməsinə 60,6 milyon manat, o cümlədən, respublikanın regionları üzrə 582 investisiya layihəsinin maliyyələşdirilməsinə 55 milyon manat və Bakı ətrafı kənd və qəsəbələr üzrə 58 investisiya layihəsinin maliyyələşdirilməsinə 5,6 milyon manat güzəştli kredit verilib. Bu layihələrin reallaşdırılması 2600-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradacaq.
Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Masallı və ətraf rayonlarda fəaliyyət göstərən 51 sahibkarlıq subyektinə 741 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 80-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.

Xatirə






20 Aprel, 2012  19:36 Baxılıb: 1172 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner