Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

YEKUN QİYMƏTLƏNDİRMƏNİN TQDK-YA VERİLMƏSİ ZİDDİYƏTLİ FİKİRLƏR YARATDI

Ekspertlərdən biri təqdir, digəri tənqid edib

Prezident İlham Əliyevin dünən imzaladığı fərmana görə, bundan sonra orta məktəblərdə buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən keçiriləcək. “Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası haqqında Əsasnamə”də dəyişikliklər edilməsi haqqında fərmana görə, ümumtəhsil müəssisələrində fənlər üzrə biliyinin yekun qiymətləndirilməsini TQDK həyata keçirəcək, qurum təhsil müəssisələrində istifadə edilən dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqini həyata keçirəcək, bu məqsədlə struktur bölmə yaradılacaq.
Təhsil Nazirliyinə fənlər üzrə biliyin qiymətləndirilməsi (attestasiyası) üçün istifadə etdiyi maddi-texniki avadanlığın və elektron məlumat bazasının 15 gün müddətində Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına təhvil verilməsi tapşırılıb.
Təhsil cahəsində aparılan bu islahat bəzi ekspertlər tərəfindən təqdir olunur. Hesab olunur ki, bu, orta məktəblərdə rüşvət faktlarının qarşısını nısbətən alacaq.

Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Simsar.az-a açıqlamasında bu islahatı təqdir etdiyini bildrib: «Bir neçə il bundan əvvəl biz orta məktəblərdə imtahanların ləğv edilməsi ilə bağlı məsələ qaldırmışdıq. Hesab edirik ki, orta məktəblərdəki buraxılış, eyni zamanda sınaq imtahanları bundan sonra isə qəbul imtahanlarının keçirilməsi gənclərin həddindən artıq yüklənməsi ilə nəticələnir. Buna görə də bu imtahanların ümumiləşdirilməsini təklif etmişdik. Hesab edirəm ki, məktəblərdə yekun qiymətləndirilmənin TQDK-ya verilməsi ilə bağlı fərman da bu məqsədlə verilib. Digər tərəfdən isə Təhsil Nazirliyinin işi çoxdur - dərsliklərin tərtibatı, kruklumun, yeni texnologiyaların tətbiqi və s. İndi bir sıra qurumlara işə düzəlmək məqsədilə keçirilən imtahanları da TQDK həyata keçirirsə, nəyə görə bundan kənarda qalmalıdır».
Təhsil ekspertinin rəyinə görə, bu addım biliyin obyektiv qiymətləndirilməsini təmin edəcək: «Hesab edirəm ki, bu islahatın nəticəsində səmərəli, ədalətli qiymətləndirmə təmin ediləcək. TQDK-nın həyata keçirdiyi qəbul imtahanlarında rüşvət faktları olmadığına görə, hesab edirəm ki, bu imtahanlarda da bu cür faktlar olmayacaq».

Keçmiş təhsil naziri Firuddin Cəlilov isə hesab edir ki, orta məktəblərdə imtahanların keçirilməsi Təhsil Nazirliyinin səlahiyyətində olan məsələdir: «Biz TQDK-nı yaradarkən onu müvəqqəti bir qurum olaraq təsis etmişdik. Nəzərdə tutmuşduq ki, o bir neçə il fəaliyyət göstərəndən sonra səlahiyyətləri Təhsil Naziriliyinə verilsin. TQDK texniki bir qurumdur. Orta məktəblərdə imtahanların təşkili də fikrimcə, Təhsil Nazirliyinin səlahiyyətində olmalıdır. Nazirliyin bunun öhdəsindən gəlib-gəlməməsi isə məsələnin başqa tərəfidir».


Xatirə






20 Aprel, 2012  19:24 Baxılıb: 1259 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner