Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Gül bayramına hazırlıqlar başladı

Hər il ölkəyə 1 milyondan artıq gül gətirilir

Aprelin 20-dən Gül bayramı ilə bağlı hazırlıqlara başlanılıb. Artıq Heydər Əliyev adına sarayın qarşısındakı parka bununla bağlı avadanlıqlar gətirilib.Parkın kənarına ötən ilki bayramda çəkilmiş iri fotolar vurulub,əraziyə güllərdən hazırlanacaq fiqurlar üçün müxtəlif ölçülü karkaslar boşaldılıb.

Bakı şəhər icra hakimiyyərtinin əməkdaşları da ərazidə iş aparmaqdadılar. 2004-cü ildən başlayaraq hər il mayın 10-da, keçmiş prezident Heydər Əliyevin doğum günündə Bakı Şəhər İcra hakimiyyəti paytaxtda gül bayramı təşkil edir.

Hər il dekorasiyaların hazırlanmasında 50 ölkədən gətirilmiş güllərdən istifadə olunur. Həmin dekorasiyaların yazırlanmasında yerli şirkətlərlə yanaşı xarici ölkələrdən dəvət edilmiş dizayn şirkətlərinin nümayəndələri də iştirak edir. Amma gül bayrama hər il nə qədər vəsait xərcləndiyini Bakı Şəhər İcra Hakimiyyəti açıqlamır. Bakı şəhər icra hakimiyyətinin ötən illərdə açıqladığı məlumata görə, hər dəfə xaricdən bayram məqsədi ilə ölkəyə 1 milyon ədəddən artıq gül gətirilir. Müstəqil iqtisadçılar bu tədbirin əslində bir israfçılıq və korrupsiya mənbəyi olduğunu iddia edirlər.






20 Aprel, 2012  17:49 Baxılıb: 1077 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner