Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Beynəlxalq Aeroportda olub

Yeni uçuş-enmə zolağı istifadəyə verilib

Prezident İlham Əliyev Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının istifadəyə verilməsi mərasimində iştirak edib. Simsar.az saytı xəbər verir ki, mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlət başçısı Heydər Əliyev Beynəlxalq Aeroportunun yenidən qurulmasının baş planını, yeni uçuş-enmə zolağını, yönəldici yolları və perronu əks etdirən stendə baxıb.

“Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinin prezidenti Cahangir Əsgərov Prezident İlham Əliyevə məlumat verib ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni uçuş-enmə zolağının uzunluğu 4 min, eni 75 metr, sahəsi 325 min 500 kvadratmetrdir. Yönəldici yolların ümumi uzunluğu 3 min 800, eni isə 60 metrdir. Perronun sahəsi 309 min kvadratmetrdir. Dövlət başçısı yeni uçuş-enmə zolağının rəmzi açılışını bildirən lenti kəsib. Sonra Azərbaycan Prezidenti mövcud aerovağzal kompleksində yenidənqurma və yeni kompleksdə tikinti işlərinin gedişi ilə tanış olub.

Prezidentə məlumat verirlib ki, “Azərbaycan Hava Yolları” QSC-nin sifarişi və “Azvirt” MMC-nin baş podratçılığı ilə görülən işlərə mövcud hava terminalının yenidən qurulması, yeni terminal binasının inşası, ümumi sahəsi 63 min kvadratmetr olan vağzalətrafı meydanın tamamilə yenilənməsi, uçuşları idarə edəcək yeni naviqasiya binasının tikintisi, yeraltı və yerüstü kommunikasiya xətlərinin təzələnməsi daxildir. Yeni aerovağzal kompleksində tikinti işlərinin gedişi ilə tanış olan dövlət başçısının diqqətinə çatdırıldı ki, layihənin həyata keçirilməsinə məqsəd sərnişin və yük daşımaları ilə bağlı xidmətin səviyyəsini daha da yüksəltmək, uçuşların təhlükəsizliyini dünya standartlarına uyğunlaşdırmaqdır. Yeni kompleks istifadəyə verildikdən sonra ildə 3 milyon sərnişinə xidmət göstəriləcək. Bildirilib ki, 58 min kvadratmetr sahəsi olan dördmərtəbəli yeni aerovağzal kompleksi beynəlxalq reysləri yerinə yetirən təyyarələrin sərnişinlərinə xidmət göstərəcək. Yenidən qurulan mövcud terminaldan isə yerli aviareyslər həyata keçiriləcək.






20 Aprel, 2012  17:41 Baxılıb: 942 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner