Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

İstedadlı şagirdlərlə bağlı ilkin baza formalaşacaq

100 ballıq sistemdə hər sual 2 balla qiymətləndiriləcək 

Azərbaycan Təhsil Nazirliyi ölkədəki istedadlı orta məktəb şagirdlərini müəyyənləşdirəcək. Bu barədə cümə günü Simsar.az-a nazirlikdən məlumat verilib.

Nazirlikdən bildirilib ki, istedadlı şagirdlərin seçimi 8, 9 və 10-cu sinif şagirdləri arasında aparılacaq.

Yerlər üzrə istedadlı şagirdlərin adları rayon və ya şəhər təhsil şöbələrinin İstedad Bankına daxil edilib.

Nazirlik ölkə üzrə istedadlı şagirdlərin təkrar seçimini həmin İstedad banklarına adı daxil edilmiş şagirdlər arasında aparacaq. Həmin uşaqların istedadlarının hansı səviyyədə olmasını müəyyənləşdirmək üçün onlara 50 sualdan ibarət test xarakterli, nisbətən mürəkkəb çalışmalar təqdim ediləcək.

Şagirdlərin hər bir suala verdiyi düzgün cavab 100 ballıq sistem əsasında 2 balla qiymətləndiriləcək. Aprelin sonuna kimi ölkədəki istedadlı şagirdlərlə bağlı ilkin baza formalaşacaq. May ayında isə onlar üçün müsabiqə keçiriləcək.

Seçilmiş istedadlı şagirdlərin yaradıcılığını müəyyən etmək üçün münbit şərait yaradılacaq, istedadlarının daha da inkişaf etdirilməsi üçün onlara göstərilən diqqət və qayğı artırılacaq, ali məktəblərin müəllim heyəti onlara hamilik edəcək.






20 Aprel, 2012  17:39 Baxılıb: 996 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner