Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Oqtay Əsədov: "...istəməyənlərin də arzuları gözündə qalacaq"

Siyavuş Novruzov isə mitinqlərin qadağan olunacağının anonsunu verdi

Milli Məclisin bu gün keçirilən iclasında cari məsələlərin müzakirəsi zamanı İctimai Palatanın (İP) 2 aprel 2011-ci il tarixli akyasında tutulmuş şəxslər və "Eurovision-2012" mahnı müsabiqəsi müzakirə olunub.
 Simsar.az-ın məlumatına görə, müxalif Ümid Partiyasının sədri, deputat İqbal Ağazadə 2 aprel məhbuslarının azad edilməsinin vacibliyini vurğulayıb. O bildirib ki, həmin şəxslər ya cəzalarının üçdə birini çəkməsi ilə əlaqədar, ya da əfv fərmanı ilə azadlığa çıxmalıdır.
Hakim Yeni Azərbaycan Partiyasından olan deputat Siyavuş Novruzov isə Ağazadənin dedikləri ilə razılaşmayıb.
"Onların vicdan məhbusu adlandırılması doğru deyil. Bu şəxslər konkret cinayət törətmiş adamlardır. Bunların harası vicdan məhbusudur? Onlar bu və ya digər şəkildə cinayət törədiblər. Təkcə onlar yox, toyuq oğrusu da əfv istəyə bilər. Əfv istəyən müraciət etməlidir", - Novruzov əlavə edib.
Millət vəkili bəzi ölkələrin Azərbaycana qarşı təbliğat apardığını, bəzi şəxslərin də bu prosesə dəstək verdiyini bildirib.
"Əli Kərimli həftə səkkiz, mən doqquz Almaniya qəzetlərinə müsahibə verir, Azərbaycanın əleyhinə iş aparır, danışır. Bir dəfə də olsun Dağlıq Qarabağın işğalından danışmır", - YAP-dan olan deputat deyib.
Novruzov "Eurovision-2012" mahnı müsabiqəsi ərəfəsində aksiyaların təşkil olunmasını pisləyib.
"Belələri ölkədəki sabitliyi pozmaq istəyir", - YAP rəsmisi bildirib.
MM-in sədri Oqtay Əsədov isə deyib ki, "Eurovison" mahnı müsabiqəsi Azərbaycanda çox uğurla keçəcək.
"Ulu Öndərin sözü ilə desək, istəməyənlərin də arzuları gözündə qalacaq" Əsədov əlavə edib.

Qeyd edək ki, Azpolitika.info dünən belə bir məlumat yaymışdı ki, hakimiyyət 22 aprel aksiyasından sonra kütləvi aksiyaları yenidın qadağan etmək barədə düşünür.
S.Novruzovun Milli Məclisdəki bu çıxışını həmin məlumatın təsdiqi kimi də qəbul etmək olar.






20 Aprel, 2012  17:31 Baxılıb: 1023 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner