Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ziyafət Əsgərov: "Siyasi məhbus məsələsi ölkəmizə qarşı təzyiq vasitəsidir"

"Azərbaycanın uğuruna kölgə salmaq düzgün deyil"

Milli Məclisin cümə günü keçirilən iclasında birinci vitse-spiker Ziyafət Əsgərov siyasi məhbus məsələsi ilə bağlı məsələyə cavab verib. Simsar.az-ın məlumatına görə, vitse-spiker ümumiyyətlə vicdan, siyasi məhbus anlayışlarının olmadığını bildirib.

O, qeyd edib ki, bu anlayışlardan istifadə olunması Azərbaycanın inkişafının qarşısını almaq üçün təzyiq yollarından biridir.

"Bizim Avropada dəfələrlə hüquqşünas alimlərlə söhbətimiz olub. Onlara demişəm ki, hansı ölkənin qanunvericiliyində belə anlayış var? Hüquqşünasıq, gəlin normativ hüquqi sənədlərlə danışaq", - Əsgərov vurğulayıb.

O, Bakıda aparılan işlərin "Eurovision" mahnı müsabiqəsi ilə əlaqələndirilməsini düzgün saymayıb.

"Bu, prezidentin təsdiq etdiyi sosial-iqtisadi proqramların yerinə yetirilməsidir. Siyasi məhbus məsələsinin qaldırılması, "Eurovision" mahnı müsabiqəsini siyasiləşdirmək, Azərbaycanın uğuruna kölgə salmaq düzgün deyil", - Əsgərov bildirib.






20 Aprel, 2012  17:18 Baxılıb: 1426 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner